Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Üstümә bomba bağlayıb Ermənistanı partladaram…"

Tarix: 15-01-2017 18:27     Baxış: 5574 A- / A+
"Üstümә bomba bağlayıb Ermənistanı partladaram…"


Manevr.az Azәrbaycan millisinin vә Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayevin qafqazinfo-ya müsahibәsini təqdim edir.

- 3:0 qalib gәldiyiniz oyunu niyә uduzdunuz?

- Çәtin matç oldu. "Benfika" ilә sәfәrdә oynamaq asan deyildi. 65 min azarkeşin önündә çıxış etmәk zövqlü olsa da, çәtindir. Biz matça yaxşı başladıq. 3:0 udurduq. Sonradan penalti vә öz qapımıza qol vurduq. Oyunun sonlarında da imkanımız var idi. Vura bilmәdik. Qismәt belә imiş. Yenә dә uduzmadıq, xal qazandıq. Fikrimcә, matçda pis tәsir bağışlamadım. Sadәcә, sonuncu topu bәlkә dә çıxara bilәrdim. Amma o da avtoqol idi.

- Әn әsas oyundan sonra baş verәnlәr idi...

- Sözün düzü, olanlar mәnim dә xoşuma gәlmәdi. Çünki mәn burda Azәrbaycanı tәmsil edirәm. Öz xalqımı layiqli şәkildә tәmsil etmәliyәm. Bunlar olmamalı idi. Xoşagәlmәz hadisәlәrdә adımın hallanmasını istәmirәm. Yazırlar ki, Azәrbaycanda olanda da belә idi. Mәn hansı komandanı tәmsil etmişәmsә, meydana o, klubun uğuru üçün çıxmışam. 90 dәqiqә әsәbi ola bilәrәm. Amma matç bitәndәn sonra mәn deyib-gülәn biriyәm. Xarakterimdә problem olduğunu deyirlәr. Lakin mәni yaxından tanımadan danışırlar. İdmanda belә hadisәlәr olur. Yenә deyirәm ki, tәәssüflәnirәm. Azәrbaycan xalqından üzr istәyirәm. Orada günahım olmasa belә, hәr kәsdәn üzr istәyirәm vә bir dә belә halların olmamasına çalışacam. Hadisәyә gәlincә, qarşılaşma bitәn kimi yerli azarkeşlәr söyüş söymәyә başladı. Mәn dә onlara susmalarını dedim. Hәtta azarkeşlәri alqışladım da. Amma ehtiyat oyunçular skamyasında oturan biri mәnә yaxınlaşıb yaxamdan tutdu, tәhqir etdi. Kimi tәhqir etsәlәr, cavab verәr dә. 35-36 yaşı var,amma gәlib yaxamdan yapışır. Yenә deyirәm ki, istәmәzdim elә olsun. Amma oldu keçdi. Әn çox isә hakimә әsәbilәşdim. Mәnә ikinci sarı vәrәqә verdi vә "qırmızı" göstәrdi. Onsuz da, sarı vәrәqә limitin doldurmuşdum,qarşıdakı oyunu buraxacaqdım. Daha niyә qırmızı vәrәqә verirsәn?

- Qırmızı vәrәqә tuneldә verildi?

- Yox, meydançada verdi. Tuneldә heç nә olmadı. Sakit şәkildә soyunub-geyinmә otağına getdik. İndi olanlar barәdә danışacağıq. Baxacağıq ki, nә qәrar verilir. Komanda daxilindә dә söhbәtimiz olacaq.

- Әn çox sәni ona görә günahlandırırlar ki, Kamran Azәrbaycana qayıtmaq istәyir, klubdan buraxmırlar vә ona görә belә edir...

- Yox, elә deyil. Mәn klubuma hörmәt edirәm. Azәrbaycanda oynamaq pisdir ki? Vәtәnimә qayıdacam. Deyirlәr ki, pul üçün bura qayıdır. Axı mәn pul üçün Ermәnistana getmirәm. Mәsәlәn, mәnә milyonlar versәlәr dә, Ermәnistana gedib oynamaram. Oynayaram, amma bilirsiz necә? Üstümә bomba bağlayıb gedib orda partladaram. Bizә ermәni futbolçunu misal göstәrirlәr. Xahiş edirәm ki, azәrbaycanlılarımızla öyünsünlәr. Mәn pula görә Azәrbaycana qayıtmıram. Hәr zaman karyeramı nәzәrә almışam. "Boavişta"da da maaş alıram, acından ölmürәm. Necә lazımdır yaşayırıq.

- Әn çox ötәn ilin dekabrında "Atam üçün darıxıram Azәrbaycana qayıtmaq istәyirәm" açıqlamanız qıcıq yaratmışdı...

- O açıqlamanı çox şişirtdilәr vә yanlış yozdular. Mәn yeni ildәn öncә ailәm üçün darıxmışam, istirahәtә gedirәm vә qayıdacam mәnasından demişdim. Yoxsa mәtbuatın yazdığı kimi deyil. Gәldim 3-4 gün qaldım vә döndüm. İkincisi, karyeram haqqında qәrarı mәn verirәm. Harda oynamaq istәsәm, karyeram üçün hara yaxşı olsa, ora gedәcәm. Mәn Çempionlar Liqasında, Avropa Liqasında qalib olmaq niyyәtindәyәm. Çempion olub kubok qazanmaq istәyirәm. Artıq 29 yaşım var. Bu gün danışanlar sabah karyeramı bitirәndәn sonra gәlib qapımı açmayacaqlar ki, necәyәm, nә edirәm. Öz şәxsi hәyatım haqqında özüm düşünmәliyәm. "Sumqayıt"da oynayırdım vә birdәn-birә "Boavişta"ya Portuqaliyaya gәldim. Heç kim gözlәmirdi. Ölkәmi burda layiqincә tәmsil edirәm. Bacardığımı edirәm. Sadәcә bәzi şeylәr var ki, adamı yorur. Hәr oyun qol buraxmaq istәmirәm. Belә şeyә çox әsәbilәşirәm. 2 oyundan 1 qapımıza penalti tәyin edilir. Düzdür, "Boavişta" güclü komandadır. Amma bәzi çәtinliklәr dә var.

- "Neftçi" ilә danışıqlara apardığınız düzgündür?

- Hәlәlik burdayam. Mövsümün sonuna qәdәr müqavilәm var. Klub da mәni buraxmaq istәmir. Getmәk ehtimalı olduğundan narahatdırlar. Amma qış "transfer pәncәrәsi" hәlә bitmәyib. Hәr şey baş verә bilәr. Transferlә bağlı mәsәlәlәrә gәlincә, bununla menecerim maraqlanır. Mәn, sadәcә, hazırkı komandamın oyununu düşünürәm. Menecerin işi dә klublarla danışmaqdır. Etiraf edirәm ki, "Neftçi" ilә danışıqlar olub. Tәkcә, onlar deyil, başqa komandalar da var. Xarici klublar da var ki, danışıqlar gedir. Lakin dәqiq heç nә yoxdur. İndi "Boavişta"nın oyunçusuyam vә buranı düşünürәm. Gәlәcәkdә nә olacaq görәcәyik. Digәr tәrәfdәn dә "Neftçi"dә oynamaq ayıbdır ki? Azәrbaycanımızın klubudur o da.

- "Neftçi" ilә danışıqlar bitib?

- Dediyim kimi "Neftçi"dәn başqa da danışıq apardığımız klublar var. Mәni sevәnlәr istәmir ki, karyeramda zәif yer olsun. Hamı xaricdә yaxşı çıxış etmәyimi istәyir. Bacardığımı edәcәm. İnansınlar, sağ olsunlar ki, dәstәk olurlar. Bizi sevmәyәnlәr dә şәr atırlar. Çünki yaxından tanımırlar.

- Yuxarıda dediyim müsahibәdә evlәnmәk istәdiyinizi bildirmişdiniz...

- Atam deyir ki, evlәn. Kişi toyumu görmәk istәyir. Amma layiqli birini tapmaq çәtindir. Elә getdin, aldın, evlәndin deyil.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar