Xəbər lenti
Rüstəm İbrahimbəyov uzun fasilədən sonra danışdı: "Mənə qarşı geniş təbliğat kampaniyası təşkil edənlər..."
Tanınmış kinodramaturq və ölkənin Kinematoqrafçılar İttifaqının rəhbəri, Milli Şuranın prezidentliyə keçmiş namizədi Rüstəm İbrahimbəyov Turan-a müsahibə verib.
R.İbrahimbəyov müsahibəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının qarşıdan gələn qurultayı, Kino Məktəbi, Kino Evinin bərpası prosesi Bakı haqqında Filmlər Muzeyi və gənc kinematoqrafçılara dəstək proqramından danışıb.
Manevr.az müsahibəni təqdim edir:
"Son illər Azərbaycanda gənc kinematoqrafçılar ordusu yaranıb. Onların çəkdiyi tammetrajlı və qısametrajlı filmlər nüfuzlu beynəlxalq festivallarda mükafat alıb. Bu gün onların əksəriyyəti Azərbaycandan kənarda yaşayır, çünki burada özlərini reallaşdıra bilmirlər. Kinematoqrafçılar İttifaqının vəzifələrindən biri bu insanların öz ölkəsində işləməsinə imkan yaratmaqdır", - R. İbrahimbəyov bildirib.
R.İbrahimbəyov deyib ki, Yeni kino istehsalı modelinin tətbiqi ümid verir, dövlət tərəfindən xüsusi komissiya yaradılıb və bunun üzərində işləyir: "Yaxşı olardı ki, elə bir struktur yaradılsın ki, özündə ssenariləri, rejissorluğu və istehsalat işini birləşdirən layihələr üçün dövlət dəstəyini almağa imkan yarada bilsin. Qonşu Gürcüstanda, Rusiyada və digər ölkələrdə oxşar sistem mövcuddur. Bu, müstəqil studiyalara və yaradıcı birliklərə böyük yaradıcılıq azadlığı verir".
"Yeni struktur kimin tabeliyində olacaq?" sualına kinodramaturq cavab verib ki, "çox güman ki, Mədəniyyət Nazirliyinin".
"Qarşıdakı qurultayda bütün bu məsələlər hərtərəfli və predmetli şəkildə müzakirə olunacaq. Dövlət nəzarəti yaradıcılıq maraqlarına xələl gətirməməlidir. Dövlət vətənpərvərlik, tarixi, uşaq kinoları sifariş verməklə filmin kino istehsalının ümumi siyasətini müəyyən etməlidir. Yəni, kinematoqrafçılar yaradıcılıq təşəbbüsü ilə eyni vaxtda dövlət tapşırıqlarını yerinə yetirməlidirlər", - R.İbrahimbəyov vurğulayıb.
"Özünü belə bir kino strukturunun rəhbəri rolunda görürmü" sualına kinodramaturq mənfi cavab verib. "Mən 1967-ci ildən Kinematoqrafçılar İttifaqında çalışıram və əminəm ki, ictimaiyyətin kinematoqrafiya rəyini ifadə edən bu yaradıcı təşkilat dövlət qurumları ilə konstruktiv dialoq vasitəsilə milli kinoda vəziyyətə mühüm təsir göstərə bilər.
Ümumiyyətlə, mən ölkə həyatına ictimai təsirin artmasının tərəfdarıyam. Məhz bu məqsədlə bir neçə il əvvəl öllkənin mədəniyyət və elm xadimlərini bir arada birləşdirən Ziyalılar Forumu yaradıldı. Biz hakimiyyətin bu gün müzakirə etdiyi problemləri orada müzakirə edirdik. Təəssüflər olsun ki, o zaman bizim təşəbbüsümüz bəzi adamlarda mənfi reaksiya yaradırdı. Həmin şəxslər indiyədək dövlət orqanlarında mühüm mövqe tuturlar", - R.İbrahimbəyov bildirib.
"Hazırda vəziyyət dəyişibmi?" sualının cavabında R.İbrahimbəyov deyib ki, bu suala zamanla cavab verə biləcək. "Atılan addımlar məni sevindirməyə bilməz. Onlar sistemli xarakter alacaqmı? Bunu zaman göstərəcək", - dramaturq vurğulayıb.
R.İbrahimbəyov Azərbaycanda iki Kino İttifaqının olmasını ölkənin ölçüsünü və film istehsalının həcmini nəzərə alaraq çox adlandırıb. "Azərbaycan Kinematoqrafçılar İttifaqı 1958-ci ildə bizim kinonun görkəmli xadimləri tərəfindən yaradılıb. İkinci qurumu bir neçə il əvvəl süni şəkildə yaratdılar".
Eyni zamanda, o deyib ki, kimsə ilə münasibətləri aydınlaşdırmaq niyyətində deyil. "Biz öz vəzifəmizi kino sənəti maraqlarının və hər yaşdan olan istedadlı kino xadimlərinin müdafiəsində görürük.
Lakin gənclər xüsusi diqqət tələb edirlər, onlar hiss etməlidirlər ki, Vətən onlara dəstəkdə və onların uğurlarında maraqlıdır. Biz onları Kino Məktəbi ilə işə cəlb edəcəyik. Bu məktəb bədii, sənədli və cizgi filmləri üçün rejissorlar və ssenaristlər, həmçinin aktyorlar hazırlayacaq. Ümid edirəm ki, planlarımızı həyata keçirməyə gücümüz yetəcək. Ancaq dövlət dəstəyi olmadan mümkün deyil. Təkrar edirəm ki, biz bunu hiss edirik və mən ümid edirəm ki, bu yaxınlara qədər mətbuatda mənə qarşı geniş təbliğat kampaniyası təşkil edən insanlar buna mane olmayacaqlar", - Rüstəm İbrahimbəyov fikrini yekunlaşdırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar