Xəbər lenti
Rejissorlar terror haqqında film çəkəcəklər

Kann kinofestivalında iki dəfə "Qızıl Palma Budağı" qazanan məşhur belçikalı rejissor, ssenarist və prodüser qardaşlar Lyuk və Jan-Pyer Dardenn terror haqqında film üzərində işə başlayıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"İndi ssenari yazırıq, ümid edirik ki, filmi gələn ilin payızında Belçikada çəkəcəyik", - deyə L.Dardenn "Belga" agentliyinə açıqlamasında bildirib.
Xatırladaq ki, bu il martın 22-də səhər saatlarında Brüssel beynəlxalq hava limanında iki partlayış həyata keçirilib. Üçüncü partlayış az sonra "Malbek" metrostansiyasında qatarda baş verib. Terror aktları nəticəsində 32 nəfər həlak olub, 300-dən çox adam müxtəlif dərəcəli xəsarət alıb. Terror hücumlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Ümumiyyətlə, Dardenn qardaşları 1999-cu ildə "Rozetta" filminə, 2005-ci ildə isə "Uşaq" filminə görə "Qızıl Palma Budağı" mükafatını qazanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar