Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Misir piramidalarının sirri açıldı

Tarix: 02-11-2018 09:07     Baxış: 3326 A- / A+
Misir piramidalarının sirri açıldı


Fransa Şərq Arxeologiya İnstitutunun və Liverpul Universitetinin birgə missiyası Misirdə qədim rampa aşkar edib.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, alimlərin fikrincə, 4500 yaşı olması güman edilən bu rampanın köməyi ilə qədim misirlilər piramidaların tikintisi üçün çox böyük ölçülü daş blokları daşıyırmış.

Əl-Minya əyalətinin ərazisində yerləşən qədim karxanada tapılmış qurğudan, arxeoloqların fikrincə, Böyük Xeops Piramidasının tikintisi üçün istifadə edilib. Bu qurğu iri daş blokların çıxarılması və daşınması üçün mükəmməl sistemdir.

Missiyanın rəhbərlərindən biri – Yannis Qurdon izah edib ki, qazıntı işləri zamanı belə qurğuların təsvirləri əvvəllər də tapılıb, lakin ilk dəfədir ki, arxeoloqlar yaxşı vəziyyətdə qalmış rampa aşkar ediblər. Onun sözlərinə görə, aşkar edilmiş təsvirlərin, qurğuların və yazıların öyrənilməsi bu nəticəyə gəlməyə əsas verir ki, bu sistem Gizadakı Böyük Piramidanın memarı firon Xeopsun hakimiyyəti dövrünə aiddir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar