Xəbər lenti
Bu gün İstanbulun yeni hava limanı istifadəyə veriləcək - FOTOLAR
Oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun yeni hava limanının ilk növbəsinin açılış mərasimi keçiriləcək.
Manevr.az xezerxeber-ə istinadən xəbər verir ki, ümumilikdə 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən aeroportun tikintisinə və xidmətə hazır vəziyyətə gətirilməsinə 6 milyard avro vəsait xərclənib. Hava limanının digər etaplarının açılması isə sərnişin artımından asılı olaraq 2023-cü ilə qədər tamamlanmalıdır.
Özəl sektorlar vasitəsi ilə inşa edilən aeroportun tikintisi başa çatdıqdan sonra o, 6 müstəqil qalxma-enmə zolağı, 500 təyyarə tutumu, 70 min avtomobil üçün nəzərdə tutulan açıq və qapalı dayanacaq və ildə 200 milyon sərnişin həcmi ilə dünyanın ən böyük hava limanı olacaq.
İstanbulun mədəni və memarlıq dəyərlərini özündə cəmləyən aeroportun tikinti işlərinə 250-dən çox memar və 500-dən artıq mühəndis cəlb edilib.
İlk mərhələdə hər gün 5 uçuş və 5 enişin planlaşdırıldığı hava limanında ilk daxili reys oktyabrın 31-də Ankaraya, ilk xarici reys noyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə həyata keçiriləcək. Noyabrın 8-də isə İstanbulun yeni aeroportundan Azərbaycana uçuş baş tutacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar