Xəbər lenti
Ermənistana lazım olmayan ruslar: DURUM GƏRGİNLƏŞİR
Ermənistanda Rusiya əleyhinə mitinq
Ölkə prezidentinin gizlin Moskva səfəri üzə çıxdı
“Bizim Lavrovla möhtəşəm şam yeməyimiz oldu”. Özünün Moskvaya gizli səfərini Ermənistan prezidenti Armen Sarkisyan belə şərh edib.
Amma çətin ki, Rusiyanın XİN başçısı ilə iki ölkə arasında münasibətlər haqqında danışıqlar belə xoş olsun. Görüşdə təbii ki, Ermənistanın KTMT nümayəndəsi general Xaçaturov mövzusuna da toxunulub. Onun barəsində İrəvanda cinayət işi açılmışdı.
Erməni politoloq Artur Qazinyan Rusiya mətbuatına açıqlamasında deyib ki, Ermənistan prezidentinin xarici siyasət səlahiyyətləri məhduddur. Buna baxmayaraq Paşinyan komandası Sarkisyanın köməyi ilə münasibətlərin get-gedə gərginləşdiyi Rusiya ilə əlaqələri düzəltməyə çalışırlar.
İrəvan hesab edir ki, baş nazir bütün hakimiyyəti ələ aldıqdan sonra Rusiya ilə əlaqələr daha da pis olacaq. Baş nazirin əsas arzusu yerinə yetəcək – Qərbə doğru irəli....
Əlbətdə bu gün Moskvanın özünə strateji partnoy qismində Ermənistanı seçməklə böyük səshv buraxması barədə danışmaq olar. Ələxsus rusların burada çoxdan yaşamadığını nəzərə aldıqda. Rus dilində tədris verən məktəblər də çoxdan bağlanıb.
Bu gün Rusiyanın ermənilərə daima dəstəyi ilə tanınan “Regnium” agentliyi həyəcanla yazır ki, İrəvandakı rus teatrı da tezliklə məhv olacaq. Ölkədə müstəqil Ermənistanda rus dilinə yer olmadığını açıq-aşkar deyirlər. Məhz buna görə Mədəniyyət nazirliyi bu teatrın mümkün qədər tez bağlanması üçün hər şey edir.
Onun binası paytaxtın düz mərkəzində yerləşir. Bu isə rus ruhunun hiss edilməməsi üçün istənilən obyekti tikməyə hazır olan biznesmenləri maqnit kimi özünə çəkir. Moskvanın starateji tərəfdaşı məhz belə ölkədir.(istipress)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar