Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan: İstefa növbəsi qubernatorlara çatdı

Tarix: 04-10-2018 17:56     Baxış: 3301 A- / A+
Ermənistan: İstefa növbəsi qubernatorlara çatdı


Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 4-də Araqatsotn, Armavir, Vayots Dzor, Qeqarkunik, Lori və Sünik vilayətlərinin qubernatorlarını vəzifədən çıxarıb. Novator.az-ın məlumatına görə, postdan gedən şəxslər Daşnaksütun və Çiçəklənən Ermənistan partiyalarının təmsilçiləridir.

Oktyabrın 2-də Ermənistan parlamenti öz reqlamentinə dəyişiklik layihəsi qəbul edib. Yeniliyə görə, yetərsayın olmadığı və ya deputatların iclaslarda iştirakına maneə törədildiyi hallarda qanunverici orqan iclasını başqa vaxta keçirə bilər. Baş nazir Nikol Paşinyan reqlamentdəki yeniliyin parlamentin buraxılmasının qarşısını almağa yönəldiyini bəyan edərək buna qarşı çıxıb.

Dəyişiklik sabiq prezident Serj Sərkisyanın sədrlik etdiyi Respublika Partiyasının təşəbbüsüdür. Parlamentdə keçirilən səsvermədə Çiçəklənən Ermənistan Partiyası və Daşnaksütun Partiyasından bəzi deputatlar da yeniliyə tərəfdar olublar. Bundan sonra prezident Armen Sərkisyan Nikol Paşinyanın təqdimatını nəzərə alaraq bu iki partiyanın hökumətdəki təmsilçilərini vəzifədən çıxarıb. Kənd təsərrüfatı; iqtisadi inkişaf və investisiyalar; fövqəladə hallar; enerji infrastrukturu və təbii sərvətlər; gənclər və idman; nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirləri postlarını itiriblər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar