Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..." Maraq dünyası

Tarix: 12-08-2018 19:30     Baxış: 2864 A- / A+
"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..." Maraq dünyası


Manevr.az publika.az saytına istinadən planetin ən varlı teleaparıcısı Opra Uinfrinin yalnız bir neçə Amerika saytında dərc olunmuş etiraflarını təqdim edir.

"Mən Opra Uinfriyəm..."

Uşaqlıq illərimin əsas xatirələri məni tez-tez döyən nənəmlə və səfil həyatımızla bağlıdır.

Hələ 9 yaşımda məni dayımoğlu zorlayıb, bir dondurma ilə günahını yumağa çalışdı.

Bundan sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı. Hər gün atam yaşında kişilərin cinsi istismarına məruz qalırdım.

14 yaşım olanda, hamilə olduğumu öyrəndim. Dünyaya gələn övladım tələf oldu. O gündən etibarən, həyat məni ana olmaq həzzindən məhrum etdi.

"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..." Maraq dünyası


Çox keçmədi ki, qardaşım QİÇS xəstəliyindən dünyasını dəyişdi.

Ardından anam məni və kiçik bacımı tərk etdi.

O andan etibarən mən həyatla mübarizəyə qalxdım

Natiqlik müsabiqəsində qalib olduqdan sonra universitetə daxil olmaq hüququ qazandım.

Televiziya məkanının ən uğursuz layihəsində aparıcı olaraq, işləməyə başladım. Günün demək olar ki, bütün saatlarını əzm və iradə ilə çalışaraq, bu şounu ölkənin ən reytinqli verilişinə çevirdim.

"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..." Maraq dünyası


Bu gün mən ən uğurlu mediamaqnatlardan biriyəm.

CNN kanalı məni planetin ən varlı qadını kimi təqdim edir.

“Time” jurnalının araşdırmasına görə isə XX əsrin ən varlı insanlarından biri, məhz mənəm.

Yəqin ki, çoxu mənim aldığım zərbələrə tab gətirməyib, əzilərdi. Lakin mən əzilmədim, yıxılmadım, mübarizə aparıb, qalib gəldim.

Fərqi yoxdur, sən kimsən, haradan gəlmisən. Əgər savaşa hazırsansa, mütləq qalib gələcəksən.

Uğurumun sirri bilirsinizmi nədir?

"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..." Maraq dünyası


Mən gələcəyə baxanda xoşbəxtlik şəfəqləri gözlərimi qamaşdırır.

Gücüm yetdiyi qədər, ətrafımdakılara maddi və mənəvi yardım edirəm, çünki, bu yaxşılıqları Allah “gül çələngi” şəkilində mənə geri qaytarır.

Nail olduqlarıma şükür etməyi bacarıram. Bu xüsusiyyətim sərvətimi artırmağa təkan verir.

Unutmayın - Biz olduğumuz kimi qalaraq, olmaq istədiyimiz insana çevrilə bilmərik!

Mən bilirəm ki, uğur zirvəsinə qalxan yolda, ən yaxın dostum təmkindir. Məhz bu xüsusiyyətim üzləşdiyim uğursuzluqlara göz yummağa imkan verir. Hər yeni uğursuzluq məni daha dözümlü edir. Yadda saxlayın, müvəffəqiyyətsizliyə tab gətirməyən insanlar, alçaq zirvələri hədəf seçənlərdir.

Mənim həyat devizim: “Bəşəriyyətin əsas məqsədi, bizi istədimiz yerə gətirib, çatdırmaqdır”.

Əzizlərim, Allahın sizin üçün nəzərdə tutduğu gözəlliklər, siz təsəvvür etdiyinizdən qat-qat artıqdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar