Xəbər lenti
65 yaşlı molla din adı altında azyaşlıları aldatdı, zorladı və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT
Özünü təriqət şeyxi adlandıran 65 yaşlı İ.Süleyman aralarında azyaşlı oğlan uşaqlarının da olduğu 7 nəfərə təcavüz etməkdə ittiaham edilir.
Manevr.az xəbər verir ki, kişi uşaqları dinə inandıraraq, cinsi istismar edib və onlara bunun dində buyrulduğunu deyib.
Hadisə Türkiyənin Konya şəhərində qeydə alınıb. 65 yaşlı Süleyman İşığın cinsi istismara məruz qoyduğu gənclərdən bir neçəsi cari ilin birinci yarısında polisə şikayət edərək təcavüzə məruz qaldıqlarını bildirib. Məsələ ilə bağlı Konya polisi tərəfindən araşdırma başladılıb.
18 yaşlı Y.A. ifadəsində şeyxə müqavimət göstərsə də, hadisədən canını qurtara bilmədiyini deyib:
"O dedi ki, mən dində daha yüksək mərtəbəyə ucalacam. Qısa müddət idi onların qruplarına qoşulmuşdum. O, mənə təcavüz etdi. Ona müqavimət göstərmək istəsəm də olmadı. Şeyx onun istəklərinin əksinə gedənləri çox ağır işgəncələrlə cəzalandırırdı".
15 yaşlı başqa qurban isə onun vəziyyətindən dinə olan marağından çirkin əməllər üçün istifadə olunduğunu və həyatının məhv edildiyini deyib.
Şeyxin qurbanları məhkəmədən ona 70 ilə qədər həbs tələb ediblər. Şübhəli şəxs qismində saxlanılan Süleyman İşıq polislərə açıqlamasında iddiaları təkzib etsə də, onun evində axtarış zamanı çoxlu sayda pornoqrafik məzmunlu şəkil və videolar tapılıb. Azyaşlı uşaqlara təcavüz anlarını qeyd edən şeyx sonra onlardan bunun müqabilində pul alıbmış.
Prokurorl onun haqqında 49 ildən 70 ilə qədər həbs cəzası tələbi irəli sürüb.(publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar