Xəbər lenti
Sumqayıtda sürücü piyadanı vurub öldürdü - VİDEO

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Manevr.az xəbər verir ki, iyulun 9-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Ağayev idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Xuraman Hüseynovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
***
Bundan başqa, 9 baş inəyi oğurlamaqda şübhəli bilinən Daşkəsən rayonunun Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev saxlanılıb.
Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Rafiq Bağırova məxsus 9 baş inəyi oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev yaxanı ələ verib. Faktla bağlı araşdırma aparılır."xezerxeber"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar