Sizin Reklam Burada
Xəbər lenti
02-03-2025
01-03-2025
BÜTÜN XƏBƏRLƏR

Avtobusla hansı ölkəyə neçəyə getmək olar? - SIYAHI

Tarix: 30-06-2018 09:40     Baxış: 3384 A- / A+
Avtobusla hansı ölkəyə neçəyə getmək olar? - SIYAHI


Bakı Beynəlxalq Avtovağzalından dünyanın bir çox ölkəsinə səyahət üçün marşrutlar fəaliyyət göstərir.

Müəyyən edilən qiymətlər isə hər bir vətəndaşın cibinə uyğundur.

Manevr.az axar.az-a istinadla xəbər verir ki, bu gün Beynəlxalq Avtovağzaldan dünyanın 33 ölkəsinə birbaşa avtobus gedir.

Bakıdan avtobusla ən ucuz səyahət 12 manatadır ki, bununla da Gürcüstanın Laqodexi və Tiflis şəhərlərinə getmək olar. Ən yüksək qiymətli səyahət isə Bolqarıstanın Sofiya və Rusiyanın Perm şəhərlərinədir. Bu səyahətlərin qiyməti baqajsız 130 manatdır.

Bundan başqa, Rusiyanın Naberejnı Çelna və Nijni Novqorod şəhərlərinə 110, Sankt-Peterburq şəhərinə isə 120 manata getmək mümkünüdür.

Mahaçqalaya 13, Ərdəbil və Telavi şəhərlərinə isə 15 manata bilet əldə etmək olar.

Urmiya 27, Batumi, Məşhəd, Tehran, Həştərxan 40 manat, Kislovodsk 45, Stavropol 47, Təbriz və Nalçik 30, Saratov 70, Ulyanovsk 72, Rostov 80, Krasnodar 83, Samara və Tolyattiyə isə 90 manata səfər bileti əldə etmək mümkündür.

Bursa, İstanbul, Kazan, Kiyev və Moskva şəhərlərinə birbaşa gedən avtobusların qiyməti isə 100 manat təşkil edir.

Qeyd edək ki, gediş haqlarına baqaj qiymətləri daxil deyil. Baqaj qiymətləri gedəcəyiniz şəhərə və biletin qiymətinə əsasən 1,50-15 manat arasında dəyişir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar