Xəbər lenti
Stalinin sirr saxladığı məşuqələri - FOTOLAR
SSRİ rəhbəri İosif Stalinin şəxsi həyatı hər nə qədər gizli saxlanılsa da, onun da məşuqələrinin və nikahdankənar uşaqlarının olub. İstər inqilabçı olduğu illərdə, istərsə də ölkə rəhbərliyinə keçdikdən sonra Stalinin qadınlara olan marağı danılmazdır.
Manevr.az qafqazinfo-ya istinadən Stalinin mediaya məlum olan 4 məşhur məşuqəsini təqdim edir:
Matrena Kuzakova
1909-1911-ci illərdə gənc inqilabçı Voloqodsk quberniyasının Solvıçeqodsk şəhərinə sığınmışdı. O, bu şəhərdə dul qadın Matrenanın evinə tez-tez gedib-gəlirdi. Matrena evin bütün təsərrüfat işlərini özü görürdü: həyət-bacanı süpürür, qarı təmizləyir, ağacları budayırdı...
Bütün gün işləyən gənc qadın İosifin diqqətini çəkir və ona ev işlərində kömək etmək qərarına gəlir. Tezliklə onlar arasında eşq macərası yaşanır. Bu münasibətdən öz sarışın bacı və qardaşlarından fərqlənən qarasaçlı oğlan uşağı dünyaya gəlir. Düzdür, Stalin uşağın üzünü heç vaxt görmədi. Sürgün müddəti başa çatdıqdan sonra inqilabçı fəaliyyətinə yenidən başlayan Stalin şəhəri tərk edir. Matrena uşağa Konstantin Stepanoviç adını verir.
70-ci illərin əvvəllərində Şabolovkda "Kuzakov" soyadlı redaktor peyda olduqda onun Stalinin oğlu olması haqda şayiələr yayılmağa başladı. Konstantin ölümündən əvvəl isə bu şayiələrin doğru olduğunu təsdiqlədi: o, 1996-cı ildə "Arqumentlər və faktlar" qəzetinə müzahibəsində əsl atasının kimliyini hələ uşaqkən anasından öyrəndiyini etiraf edir. Ancaq dövlət təhlükəsizlik orqanları ilə Konstantin arasında bu adın açıqlanmaması haqda razılıq əldə olundu.
Deyilənə görə, Konstantinin Stalinin oğlu olması onu 1947-ci ildə həbsdən xilas edib. "Atom casusluğu"nda ittiham olunan Konstantinin adı Beriyanın hazırladığı günahkarlar siyahısında olsa da, o həbs olunmur.
Stalin Kremldə yüksək vəzifə tutduqdan sonra Matrena Kuzakovaya Moskvada mənzil də bağışlayıb.
Lidiya Pereprıqina
1913-1916-cı illərdə Turuxan əyalətində olan Stalin Kureyka kəndində İona və Lidiya Pereprıqina adlı yetim bacı-qardaşın evində olur. Stalinlə evin 14 yaşlı xanımı Lidiya arasında yaxınlaşma olur.
Stalinin yetkinlik yaşına çatmayan qızla münasibəti 1956-cı ildə Nikita Xruşşovun İosifi ifşa etmək üçün onun şəxsiyyəti əleyhinə dəlilləri toplaması zaman üzə çıxdı. Təhlükəsizlik orqanları hər şeyi nöqtəsinədək aydınlaşdırdı. Lidiya Stalindən iki uşaq dünyaya gətirib. İlk övladı körpə ikən ölüb, ikinci oğlu Aleksandr isə Stalinin Kureykanı tərk etməsindən sonra dünyaya gəlib.
Sibirlilərin əksəriyyəti azyaşlı qızın uşaq dünyaya gətirməsinə laqeyd yanaşsa da, qardaşı İona onun hamiləliyini öyrənən kimi jandarmaya müraciət edir. Stalin qızla evlənəcəyinə söz verməklə canını həbsdən qurtarır. Ancaq o, sözünün üstündə durmur.
Lidiya daha sonra Yakov Davıdov adlı həmyerlisinə ərə gedir. Oğlu Aleksandr isə İkinci Dünya Müharibəsi zamanı poçtalyon işləyib, cəbhədə iki dəfə yaralanıb, "mayor" rütbəsinədək yüksəlib. Daha sonra o, Novokuznetskdə restoran direktoru olub.
Konstantin Kuzakov kimi, 1935-ci ildə Aleksandr Davıdovla təhlükəsizlik orqanları arasında atasının kimliyinin açıqlanmaması haqda gizli razılaşma əldə olunub.
Lidiyanın nəvəsi Yuri Davıdov jurnalistlərə açıqlamasında nənəsinin çox sərt xarakterə malik qadın olduğunu deyib.
Vera Davıdova
Stalin məşhur aktrisa və müğənnilərə də biganə deyildi. Onun balerina Olqa Lepeşinskaya, Marina Semyonova, müğənni Nataliya Şpiller, Valeriya Barsova ilə eşq yaşaması hər kəsə məlumdur. Ancaq Stalinin ən uzunmüddətli əlaqəsi Böyük Teatrın solisti Vera Davıdova ilə olub. Bu sevgi hekayəsini məşhur jurnalist Leonard Qendlin özünün "Stalinin məşuqəsinin etirafı" kitabında üzə çıxarmışdı. Müğənninin qohumları isə indiyədək bu informasiyanın yalan olduğunu iddia edirlər.
L.Qendlinin fikrincə, bu münasibət Stalinin 54, veranın 28 yaşı olanda başlayıb. Onların hər ikisi rəsmi nikahda olsalar da, gizlicə görüşürmüş. Bu görüşlərə görə Vera Böyük teatrın ən çox ad almış, mükafatlara layiq görülmüş ifaçısı olub.
Vera RSFSR-in, Gürcüstan SSR-in xalq artisti, birinci dərəcəli "Stalin" mükafatının 3 dəfə laureatı, Moskvanın mərkəzində isə dəbdəbəli üçotaqlı mənzilin sahibi olub.
Valentina İstomina
İosif Stalinin sonuncu məşuqəsinin Valentina İstomina olduğu deyilir. O, 1935-1953-cü illərdə Stalinin yanında qulluq edib.
Stalinin qızı Svetlana Allilueva "Dosta 20 məktub" kitabında yazırdı: "Yeni sima peyda olub: gənc, dikburun Valeçka. Ağzı bütün gün bağlanmır, elə hey gülür. Zubalovda 3 il işlədikdən sonra atamın Kuntsevodakı evinə köçürüldü və ölənədək orada yaşadı...".
Stalin ona dərman və yemək verməsi üçün yalnız Valentinaya razı olurdu. Onların sevgi həyatı yaşaması dedi-qodularını isə Böyük Vətən Müharibəsi illərində SSRİ-nin xarici işlər naziri olmuş Vyaçeslav Molotov söhbətləri zamanı təsdiqləmişdi.
Stalinin ölümündən sonra Valentinaya xüsusi təqaüd təyin olunur. Valentina 1995-ci ildə dünyasını dəyişib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar