Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məmurlar Paşinyanı saymır

Tarix: 27-05-2018 17:58     Baxış: 3423 A- / A+
Məmurlar Paşinyanı saymır

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında məmurlara ölkənin düşdüyü ağır iqtisadi vəziyyətdən çıxış yolları axtarmağı təklif edib.
Baş nazir bildirib ki, iqtisadiyyatın dirçəlməsi üçün nə qədər investisiya cəlb edilsə, xarici yardım alınsa da, əhəmiyyətli nəticə əldə olunmayacaq:


"Ermənistanda olduqca böyük kölgə iqtisadiyyatı var. Müvafiq qurumlar bunun aradan qaldırılması istiqamətində mühüm iş görməlidir. Büdcə gəlirlərini artırmağın yeganə yolu iqtisadiyyatın kölgədən çıxarılmasıdır. Biz düşünməməliyik ki, pul yoxdur və heç nə etməməliyik. Pul var, sadəcə əslində olmalı olduğu yerdə deyil" – deyə Paşinyan vurğulayıb.

O, əlavə edib ki, Dövlət gəlirləri üzrə Komitə, Ermənistan polisi və Milli təhlükəsizlik xidməti bu məsələni araşdırmalıdır.

Paşinyanı qəzəbləndirən başqa məsələ isə, özünə qarşı saymazlıq və hörmətsizlik olub. Mayın 10-u və 16-da Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Ermənistandan pomidor və xiyar məhsullarının idxalına məhdudiyyət qoya bilcəyilə bağlı xəbərdarlıq edib. Lakin Paşinyan Qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidmətinin rəisi İşxan Karapetyanın Rusiyadan aldığı xəbərdarlıq məktublarını ona təqdim etmədiyini və məsələ ilə bağlı ümumiyyətlə heç kimin ona məlumat vermədiyini deyib.

"Mənim üçün bu gözlənilməz oldu, çünki Rusiyadan göndərilən məktublardan xəbərim olmayıb. Karapetyan bu problemə olan marağımı bilirdi. Yaxşı, bəs onda bu barədə kimə məlumat vermisiniz, məsələnin həlli üçün hansı addımlar atmısınız? Kənd təsərrüfatı nazirinə, baş nazirin müavininə, bəlkə baş nazirin şəxsən özünə xəbər vermisiniz?" – deyə Paşinyan etiraz edib. Karapetyan isə cavabında, sadəcə buna ehtiyac duymadığını deyib.

Erməni ekspertlərin fikrincə, Paşinyan ölkənin inkişafı ilə bağlı böyük vədlər versə də, baş nazir olmasına baxmayaraq, məmurları onu ciddi fiqur hesab etmirlər. Çünki hökumətdə təmsil olunanların hərəsinin öz ambisiyaları və iqtisadi maraqları var. Odur ki, bu gedişlə Paşinyan çətin ki, yaxın gələcəkdə nəyəsə nail olsun. /azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar