Xəbər lenti
Putin: Ərdoğanın xasiyyətinə bələdəm

Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin almasını, yalnız bu ölkə özü həll etməlidir, Ankaraya kənardan təzyiq etmək haqsızlıqdır.
Bu barədə Sankt-Peterburq beynəlxalq iqtisadi forumu zamanı yerli və xarici informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya lideri əmindir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli maraqlarını qoruyacaq, təzyiqlərə tabe olmayacaq və güzəştə getməyəcək.
"Müxtəlif təzyiq alətləri daha çox ölkələri əhatə edir. Hazırda bizdən S-400 sistemlərinin tədarük edilməsi ilə bağlı. Çox qəribədir. Türkiyə NATO ölkəsidir, lakin o, ən müasir hərbi sistemləri NATO ölkəsi olmayan dövlətdən almağa qərara gəlib. Nə olsun ki? Bu cinayətdir?", - Putin sual ünvanlayıb.
Rusiya prezidenti həmçinin bəyan edib ki, Ərdoğanın xasiyyətinə bələddir və çətin ki ona kimsə təzyiq edə bilsin:
"Əksinə, hesab edirəm ki, Türkiyə prezidenti istəsə belə güzəştə getməyəcək, çünki o, ilk növbədə milli maraqları qoruyur".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar