Xəbər lenti
4 yaşında uşağa öpüş məhkəməsi

Məhkəmə 4 yaşlı uşağa bəraət verib.
Misirdə 4 yaşında oğlan uşağı bağçadada qız dostunu öpmək ittihamı ilə məhkəməyə verilib. Müraciətə baxan Misirdəki uşaq məhkəməsi ittihamın məqbul olmadığı səbəbilə dörd yaşında uşaq haqqında bəraət qərarı verib. Yerli mediada çıxan xəbərlərə görə, 2017-ci ildə Misirin Beheira vilayətinin Hush İssa bölgəsində bir kişi bağçada 4 yaşlı qızının eyni yaşdakı bağça yoldaşı tərəfindən öpülməsi ilə bağlı prokurorluğa müraciət edib.
Prokurorluq müraciəti qəbul edərək məhkəməyə yönləndirib. Məhkəmə isə bu iddianın onun səlahiyyətləri xaricində olduğunu deyib. Uşaq məhkəməsi isə ittihamların "məntiqsiz, axmaq və şəxsi motivasiya" ilə əlaqəli olduğunu deyərək ittiham olunan uşağa bəraət verib.
Yerli media yazır ki, qızın atası bu ittihamı iki ailə arasında yaşanan anlaşmazlıqlardan sonra hesablaşmaq məqsədilə irəli sürüb.criminal.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar