Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Trampın qərarı MƏLUM OLDU: saat 22:00-da….

Tarix: 08-05-2018 11:00     Baxış: 4315 A- / A+
Trampın qərarı MƏLUM OLDU: saat 22:00-da….

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planından çıxmağa köklənib.

Bu haqda avropalı diplomatlara istinadən "The New York Times" qəzeti bildirib.

Onların məlumatlarına görə, Tramp Almaniya, Fransa və Böyük Britaniyanın liderlərini onlarla danışıqların gedişatında bu barədə xəbərdar edib. Bundan başqa, Avropa liderləri İrana qarşı əlavə sanksiyaların tətbiq ediləcəyi barədə məlumatlandırılıb.

Qeyd edək ki, Tramp bu gün yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 22:00-da –red.) Ağ Evdə Birgə hərtərəfli iş Planı Haqqında öz qərarını elan edəcək.

Qeyd edək ki, İran və "altılıq" adlanan beynəlxalq vasitəçilərdən ibarət qrup (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) 14 iyul 2015-ci ildə İranın atom probleminin nizama salınması haqqında tarixi razılaşmaya nail olub və Birgə hərtərəfli iş Planı qəbul edilib. Plan BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tutur.

Donald Tramp sazişi "ölkə tarixinin ən pis razılaşması" adlandırıb. O iddia edir ki, saziş İran tərəfindən nüvə silahının yaradılması imkanını tamamilə aradan qaldırmır./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar