Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Google xərçəngi müəyyən edəcək

Tarix: 19-04-2018 10:26     Baxış: 4234 A- / A+
Google xərçəngi müəyyən edəcək

Əldə edilən nəticələr ənənəvi diaqnozqoymadan geri qalmır.
“Google” şirkətinin mühəndisləri toxuma nümunələrində xərçəng hüceyrələrinin aşkarlanması üçün süni intellektdən istifadə edən əlavə reallığa malik mikroskop prototipi təqdim ediblər.

Şirkət mütəxəssisləri tərəfindən adi optik mikroskop modifikasiya edilib. Okulyarda baxılan nahiyə kamera ilə qeydə alınaraq neyron şəbəkələrə göndərilir. Neyron şəbəkələr tərəfindən patoloji hüceyrələr aşkarlanır və həmin nahiyə şəffaf displey vasitəsilə göstərilir. Əlavə təsvirdə bu yerlər dərhal görünür ki, bu da mütəxəssisin işini asanlaşdırır. Layihə müəlliflərinin sözlərinə görə, bu yanaşma dəqiqliyinə görə peşəkar patoloq tərəfindən ənənəvi diaqnozqoymadan geri qalmır.

Məlumata görə, eksperimentlər hələ ki prostat və süd vəzi xərçəngini aşkarlaya bilən sistemlər üzərində keçirilib. Sistemlər hazırda real vaxt rejimində saniyədə 10 kadr tezliyi ilə işləyirlər. Nümunənin yeri dəyişilən zaman şəkil dərhal skan edilir və nəticə ekranda göstərilir.

Gələcəkdə mikroskopun digər xərçəng tiplərini, o cümlədən vərəm və malyariya xəstəliklərini aşkarlaması planlaşdırılır.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar