Xəbər lenti
"Arvad ala bilmək üçün baş kəsirlər …" – qorxunc adət-ənənə (FOTOLAR)
Dünya mətbuatında tez-tez fərqli qəbilələr haqqında məlumatlar yer alır. Bunlara misal olaraq, meymun əti və ya insan cəsədi yeyən qəbilələri göstərmək olar. Bu cür qəribə xüsusiyyətlərə malik olan qəbilələr çoxdur.
Manevr.az musavat.com-a istinadən sizə bu dəfə hörmət qazanmaq və arvad ala bilmək üçün üzvləri baş kəsən qəbilə haqqında maraqlı məlumatları təqdim edəcək.
Hindistanın Nagaland əyalətində məskunlaşan bu qəbilənin adı "Konyak Naga"dır. Qəbilə üzvləri kəllə ovçuları kimi də tanınırlar. "Konyak Naga"lılar düşmənlərinin hücumunu görüb, qarşını ala bilmək üçün yaşayış yerlərini dağın təpəsində qurublar. Qəbilə üzvləri "pul insanlar üçün nədirsə, kəllə də bizim üçün odur" deyirlər.
"Konyak Naga"lılıar hazırda Nepal ilə Myanmar arasında yerləşən bölgədə yaşayırlar. Qəbilə üzvləri günümüzün yaşayış standartları ilə ayaqlaşa bilməsələr də, öz adət-ənənələrindən əl çəkmirlər.
"Konyak Naga" adətinə görə, kişi olmaq və ya gəncliyə keçid dövrü üçün hər bir insan başı kəsib gətirməlidir. Göründüyü kimi, çox vəhşi bir adət olsa da, onlar üçün böyük bir simvoldur.
Nə qədər çox insan başı kəssələr, o qədər çox yaxşı ovçu olaraq bilinirlər. Bədənlərindəki tatolar, qulaqlarındakı buynuzla deşmələr və boyunbağılarındakı kəllə sümükləri ilə öldürdükləri insanların və ya heyvanların sayını bəlli edirlər.
1970-ci ilə kimi üzvləri insan başı kəsən qəbilə daha sonra bu adəti yavaş-yavaş sıradan çıxarmağa qərar verib. Çox qan axmasın deyə insan başı yerinə daha çox heyvanları öldürüb, onların kəllə sümüklərini götürürlər.
Qəbilənin lideri isə insan başı kəsmək haqqında bunları deyir: "Pulun dəyəri digər insanlar üçün nədirsə, kəllələr də bizim üçün odur. Yaxşı arvad ala bilmək və hörmət qazanmaq üçün baş kəsməyimiz lazımdır".
Qəbilənin ən yaşlı üzvü isə artıq yavaş-yavaş adətlərindən qopmağa başladıqlarını deyir: "Əvvəllər düşmənlərimizin başlarını kəsib, evimizə asardıq. Artıq bu, qadağandır. İndi onun yerinə öldürdüyümüz heyvanların kəllələrini asırıq".
Dünya mətbuatında tez-tez fərqli qəbilələr haqqında məlumatlar yer alır. Bunlara misal olaraq, meymun əti və ya insan cəsədi yeyən qəbilələri göstərmək olar. Bu cür qəribə xüsusiyyətlərə malik olan qəbilələr çoxdur.
Musavat.com sizə bu dəfə hörmət qazanmaq və arvad ala bilmək üçün üzvləri baş kəsən qəbilə haqqında maraqlı məlumatları təqdim edəcək.
Hindistanın Nagaland əyalətində məskunlaşan bu qəbilənin adı "Konyak Naga"dır. Qəbilə üzvləri kəllə ovçuları kimi də tanınırlar. "Konyak Naga"lılar düşmənlərinin hücumunu görüb, qarşını ala bilmək üçün yaşayış yerlərini dağın təpəsində qurublar. Qəbilə üzvləri "pul insanlar üçün nədirsə, kəllə də bizim üçün odur" deyirlər.
"Konyak Naga"lılıar hazırda Nepal ilə Myanmar arasında yerləşən bölgədə yaşayırlar. Qəbilə üzvləri günümüzün yaşayış standartları ilə ayaqlaşa bilməsələr də, öz adət-ənənələrindən əl çəkmirlər.
"Konyak Naga" adətinə görə, kişi olmaq və ya gəncliyə keçid dövrü üçün hər bir insan başı kəsib gətirməlidir. Göründüyü kimi, çox vəhşi bir adət olsa da, onlar üçün böyük bir simvoldur.
Nə qədər çox insan başı kəssələr, o qədər çox yaxşı ovçu olaraq bilinirlər. Bədənlərindəki tatolar, qulaqlarındakı buynuzla deşmələr və boyunbağılarındakı kəllə sümükləri ilə öldürdükləri insanların və ya heyvanların sayını bəlli edirlər.
1970-ci ilə kimi üzvləri insan başı kəsən qəbilə daha sonra bu adəti yavaş-yavaş sıradan çıxarmağa qərar verib. Çox qan axmasın deyə insan başı yerinə daha çox heyvanları öldürüb, onların kəllə sümüklərini götürürlər.
Qəbilənin lideri isə insan başı kəsmək haqqında bunları deyir: "Pulun dəyəri digər insanlar üçün nədirsə, kəllələr də bizim üçün odur. Yaxşı arvad ala bilmək və hörmət qazanmaq üçün baş kəsməyimiz lazımdır".
Qəbilənin ən yaşlı üzvü isə artıq yavaş-yavaş adətlərindən qopmağa başladıqlarını deyir: "Əvvəllər düşmənlərimizin başlarını kəsib, evimizə asardıq. Artıq bu, qadağandır. İndi onun yerinə öldürdüyümüz heyvanların kəllələrini asırıq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar