Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

İnəyini satıb milyonçu oldu - İNANMAYACAQSIZ / FOTO

Tarix: 07-04-2018 17:56     Baxış: 5379 A- / A+
İnəyini satıb milyonçu oldu - İNANMAYACAQSIZ / FOTO

Ailəsi üçün aldığı inəyi satıb öz hava yolu şirkətini yaratdı.

Türkiyənin Dənizli şəhərində yaşayan Abdulla Arpa adlı şəxs ailəsi üçün aldığı inəyi satdı. Daha sonra pilot peşə təhsili alıb Yaponiyada öz hava yolu şirkətini qurdu. İbtidai təhsilini maddi çatışmazlıq səbəbiylə ala bilməyən bu şəxs hazırda böyük bir sərvətin sahibidir.
42 yaşlı Abdullah Arpa iş həyatına uşaq yaşlarında qab yumaq və ayaqqabı rəngləməklə başlayıb. Böyük bir ailəsi olan Abdullah zamanla bir çox işlərdə fəaliyyət göstərib. İnşaatda fəhlə işində belə çalışıb. Daha sonra Dənizlinin turizm bölgəsi olan Pamukkaleyə gəlıb. O, burada açıqca (poçt kartı) sataraq ingilis dilini öyrənməyə başalayıb. 1995-ci ildə ailəsinə aldığı inəyi sataraq cibində 300 dollarla Yaponiyaya gedib. Orada bir müddət işsiz qalan gənc adam daha sonra toyuq fermasında tanış olduğu şəxslər vasitəsilə bir işə daxil olub. Qalmağa yeri olmadığı üçün 12 gün küçədə yatıb. Lakin bununla yanaşı özünü inkişaf etdirməkdə davam etdirib. Pulu artdıqca Yaponiyada bir türk restoranı açan şəxs daha sonra 3 restoran və bir gecə klubu açıb.

Ən böyük xəyalı pilot olmaq olan Abdullah daha sonra sahib olduğu restoranları sataraq ABŞ-a gedib, Havay ştatında pilot peşə təhsli alıb. O, 6 ay Havaydakı hava yolu şirkətlərinin birində pilotluq fəaliyyəti göstərib.

Sonra Yaponiyaya qayıdan Abdullah kiçik bir sərnişin təyyarəsini icarəyə götürərək özəl şərnişinləri mənzil başına çatdırmağa başlayıb. Sonra bir şirkət quraraq gənclərə pilot təhsili verib. Abdullah hazırda bir necə şirkət və 8 ayrı hava limanında qurduğu ticarət mərkəzlərinə sahibdir.

Maddi çatışmazlıqdan oxumayan, çətinliklər yaşayan Abdullah hazırda böyük bir sərvətə malik nüfuslu insanlardan biridir. O, Yaponiya və Havayda işlərini davam etdirir. Olduqca maraqlı bir həyat hekayəsinə sahib bu adam həyatda heç nəyin mümkünsüz olmadığını sübut edib.metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar