Xəbər lenti
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI - FOTO
Dylan beş il öncə dünyaya gəldiyində anası körpədə bir anormallıq gördü.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, onun vücudunun böyük hissəsi qara ləkələrlə örtülü idi.
Uşağa qoyulan anadangəlmə melanositik nevus diaqnozu səbəbi ilə vücudunun 80 faizi qara ləkə idi.
Həkimlər Dylanın anası Karaya oğlunun bir neçə dəfə əməliyyat olunmağının vacibliyini bildirdilər.
Melanositik nevus diaqnozu ilə dünyaya gələn uşaqlar büyüdükdə dəri xərçəngi ola bilər.
Dylanın bədənindəki ləkə çox böyük olduğu üçün cərrahlar onun hammısını çıxarmaq istədi. Ancaq asan bir əməliyyat olmayacaqdı. Uşağın vücudunun başqa bir hissəsindən götürülən dəri kürəyindəki həmin yerə köçürüləcəkdi.
Transplantlar səbəbi ilə Dylanın bədənində şişmələr əmələ gəlməyə başladı. Şiş nə qədər böyük olarsa o qədər yaxşı idi. Beləcə həmin hissədən götürülən dəri kürəyinə köçürüləcəkdi.
Anası Kara Telegraph-a "Tək ümidimiz ləkələrin böyüməməyinə qalıb. Böyüyəcəyi təqdirdə dəri xərçəngi olmaq risqi artır. Hər 3-6 aydan bir əməliyyat keçirir. Həyatını daha yaxşı yaşaya bilsin deyə əlimizdən gələn hər şeyi edirik" dedi.
Dylan digər uşaqlardan fərqli olduğunun fərqindədir. İnsanlar tez-tez yolda onu saxlayıb, hansı xəstəliyi olduğunu soruşurlar.
Keçirdiyi 26 fərqli əməliyyat ilə uşağın kürəyindəki doğum ləkəsinin yarısı götürüldü.
Kara: "Bir dəfə marketdə oranın müdiri bizim həmin məkanı tərk etməyimizi istədi. Bəzi müştərilər oğlumu görüncə pis olurlarmış. Həqiqətən, çox məyusedici hadisə idi" açıqlamasını edib.
Buna baxmayaraq, ana oğlunu heç bir sosial aktivlikdən geri qoymadı: "Oğlumla bərabər çölə çıxmaqdan çəkinmirəm. Ona utanacaq bir şey olmadığını göstərmək istəyirəm".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar