Xəbər lenti
Bu silaha yalnız Türkiyə sahibdir - Dünyanın KABUSU OLACAQ
Bir-birinin ardınca hərbi-müdafiə sənayesinin ən müasir məhsullarını hazırlayan qardaş Türkiyə qürurlandırmaqda davam edir. Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” hərəkatında milli silahların üstünlüyünü nümayiş etdirən Türkiyə silahlı pilotsuz dəniz vasitəsi ilə dünyanı növbəti dəfə heyrətləndirmək niyyətindədir.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Albayrak Müdafiə Sənayesi və Qara Dəniz Texniki Universitetinin əməkdaşlığı nəticəsində ərsəyə gətirilən Vatoz dəniz vasitəsi türk ərazi sularında təhlükəsizliyi təmin edəcək.
Vatoz 3 ay sonra Ankarada keçiriləcək bir mərasimdə təqdim olunacaq. Vatozlar Türkiyənin ərazi sularına müdaxilə edən 10 milyard dollarlıq bir təyyarədaşıyan gəminin altına elektromaqnit təsiri sayəsində yapışa və daşıyacağı bomba ilə onu partlada biləcək gücə sahib olacaq.
Ölçü və formasına görə bir skat balığını (türkcə vatoz adlanır - red.) xatırladan Vatoz dünyada ilk və təkdir.
Suda balina və delfin kimi heyvanların çıxardığı səs xüsusiyyətində olan kriptolu akustik səs dalğaları ilə idarə edilir. Saatda 10 kilometr sürətlə hərəkət edən vatozların hərəkət müddəti 10 saatdır. Elektromaqnit qalxanı ilə dəniz canlılarından özünü qoruya bilər. Dəniz vasitəsi birdəfəlik istifadə üçün nəzərdə tutulub.
Göz hissəsində iki kamerası var və inteqrasiya olunmuş 3 mühərrik sistemi ilə işləyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar