Sizin Reklam Burada
Xəbər lenti
12-08-2025
11-08-2025
10-08-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaq bağçalarında hicab qadağan ediləcək

Tarix: 01-04-2018 15:49     Baxış: 3468 A- / A+
Uşaq bağçalarında hicab qadağan ediləcək

Avstriya baş nazirinin müavini, dövlət xidməti və idman məsələləri üzrə nazir Xaynts-Kristian Ştrax ölkədə uşaq bağçalarında və ibtidai təhsil pilləsində hicabın qadağan edilməsini təklif edib.

Xaynts-Kristian Ştrax "Kronen Zeitung" qəzetinə müsahibəsində deyib ki, bu addım qızların 10 yaşa qədər həyatlarında dövlətin müdafiəsini hiss etməsinə, cəmiyyətə normal inteqrasiyasına imkan verəcək.

Baş nazirin müavini hesab edir ki, ibtidai təhsil mərhələsində hicaba qadağa qoyulması və ibtidai təhsil mərhələsində alman dilinin öyrənilməsi Avstriya cəmiyyətinə inteqrasiyanın əlavə qarantı olacaq. Xaynts-Kristian Ştrax hicabın uşaqlar arasında parçalanmaya yol açır və inteqrasiyaya mane olur: "Bu isə hazırda müxtəlif təşkilat və birliklərdə təhlükəli paralel cəmiyyətlər yaradan siyasi islamın maraqlarına xidmət edir. Qabaqlayıcı tədbirləri ən gənc nəsildən başlamaq laxımdır, sonra çox gec olur".

Qeyd edək ki, 1 oktyabr 2017-ci ildə Avstriyada ictimai yerlərdə hicaba qadağa qoyulub. Bu qadağanı pozanlar 150 avro cərimələnir. Hicabı çıxarmaqdan imtina edənlər isə saxlanılır və polis şöbəsində ifadələri alınır.unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar