Xəbər lenti
“Türk kişilərinin yarısı mavidir.., Ərdoğanı xoşlayıram” – Məşhur müğənnidən sərt bəyanatlar
“Twitter” qadağan olunmalıdır” – Müğənni Zerrin Özərdən sensasiyalı bəyanatlar
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən qocaman türk estrada müğənnisi Zerrin Özər 26 kilo arıqladıqdan sonra media qarşısına çıxıb.
İlk müsahibəsindəcə o, bəzi sensasiyalı açıqlamalar verib: “Qız uşağı evlənərkən bakirə olmalıdır; Türkiyədə özümü son dərəcə azad hiss edirəm; Ərdoğanı da xoşlayıram; iki dəfə onurğamdan səhv əməliyyat keçirdim və uzun müddət əlil arabasına məhkum oldum; “Twitter” qadağan olunmalıdır”.
Manevr.az bizimyolinfo.com-a istinadən xəbər verir ki, müğənni bakirəliyə niyə önəm verdiyini açıqlayıb: “Zorlanmaya məruz qalaraq ağır bir psixoloji travma yaşadım. Buna görə bakirəlik daxilimdə həsəd apardığım bir məsələ oldu. Bəlkə təcavüzə uğramasaydım, bəkarət məsələsini bu qədər yüksək qiymətləndirməzdim. Qız uşağım olsa, onun da ərə gedənə qədər bakirə olmasını istəyərdim. Yəni mən həddindən artıq rahatlığı, hörmətsizliyi sevmirəm. İndiki insanların müasirlik anlayışını qəbul etmirəm”.
Müğənni indiki dövrdə əxlaqın əldən getməsindən narahatlğını dilə gətirib: “Türkiyədə özümü son dərəcə azad hiss edirəm. Amma müasir dövrə keçid zamanı ABŞ-dan 100 il geridə qaldıq, maşallah, əxlaqsızlıq məsələsində onlarla bərabər irəliləyirik. Əxlaqsızlıq baş alıb gedir. Azad olmaq insana hər istədiyini etmək hüququ vermir. Türk kişilərinin yarısı biseksualdır, ictimai qınağa görə etiraf edə bilmirlər. Elə şeylər eşidirəm ki, dəli olmaq dərəcəsinə çatıram. Ər-arvad yanlarına üçüncü bir partnyor axtarışına çıxır. Bu azadlıq deyil, manyaklıq, əxlaqsızlıqdır”.
Müğənni Coşqun Sabahın Türkiyədə “Twitter” sosial şəbəkəsinin qadağan edilməsi təklifinə müsbət yanaşan Z.Özər azadlığı da ədəbli və əxlaqlı bir şəkildə yaşamağı tövsiyə edir: “Azadam, rahatam. Xoşbəxtəm. Bəzilərini anlamıram. Mən Türkiyədə “Zülfüqar” klonu olan boyunbağı taxan ilk insanam. Adət-ənənəmlə həmişə qürur duymuşam. Amma sırf prezidenti R.T. Ərdoğanı sevirəm deyə TRT-də proqram apardığım üçün kiminsə mənə hücumunu qəbul etmirəm. Haqsızlıqlara, ədalətsizliyə dözümüm yoxdur”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar