Sizin Reklam Burada
Xəbər lenti
07-10-2025
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bura Volkswagen qəbristanlığıdır - FOTO

Tarix: 31-03-2018 13:34     Baxış: 4527 A- / A+
Bura Volkswagen qəbristanlığıdır - FOTO

ABŞ-ın Kaliforniya ştatında, Viktorvill şəhərinin yaxınlığındakı səhrada Volkswagen markalı 350 min avtomobil var. Almaniyanın nəhəng avtomobil konserni bu avtomobilləri dizel mühərrikləri ilə bağlı qalmaqala görə satışdan geri çağıraraq satın alıb. CBS-in xəbərinə görə, 350 min maşına görə avtokonsern 7,4 milyard dollar ödəyib. 2015-ci ilin sentyabrında qalmaqal qopmuşdu. Bəlli olmuşdu ki, Volkswagen avtokonsernin ABŞ-da dizel avtomobillərinin işlənmiş qaz tullantısı testi nəticələrini saxtalaşdırdığı aşkarlanmışdı. ABŞ ətraf mühitin mühafizəsi agentliyi (EPA) aşkar etmişdi ki, həmin avtomobillərin kompüteri test aparılan zaman maşınları ekoloji cəhətdən daha təmiz iş rejiminə keçirə bilirmiş. Volkswagen şirkətinin idarə heyətinin sədri Martin Uinterkorn bu hadisəyə görə üzr istəmişdi. Sonucda avtokonsern dünyanın müxtəlif ölkələrində 11 milyon avtomobili satışdan geri çağırmışdı. Səhradakı avtomobil məkanı indi "Volkswagen qəbristanlığı" kimi tanınır.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar