Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda benzin fırıldaqçısı yenidən yaxalandı - ƏMƏLİYYAT

Tarix: 24-03-2018 11:39     Baxış: 4334 A- / A+
Bakıda benzin fırıldaqçısı yenidən yaxalandı - ƏMƏLİYYAT


Novruz bayramı gecəsi Bakıda zavoda məxsus yanacaq borusunu xüsusi alətlə deşən şəxs tutulub.
Manevr.az xəbər verir ki, martın 20-si saat 04 radələrində 1975-ci il təvəllüdlü Həmdəmov Nizami Hüseynağa oğlu Bakı Neft Emalı Zavoduna məxsus neft məhsulları nəql olunan boru kəmərini oğurluq məqsədilə xüsusi alətlə deşərkən, həmin ərazidə xidmət aparan Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən tutulub. Dərhal əraziyə polis çağırılıb və o, Xətai RPİ-nin əməkdaşlarını təhvil verilib.
Bildirilir ki Nizami Həmdəmov əvvəllər də həmin zavoddan külli miqdarda benzin oğurlayıb. Belə ki, 2009-cu ildə N.Həmdəmov və bir neçə nəfər şəxslə əlbir olaraq Bakı Neft Emalı Zavodunun 7-ci sexində yerləşən benzin borusundan NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsində yerləşən “FF Company”-yə məxsus obyektə yeraltı yollarla boru xətti çəkərək külli miqdarda benzin oğurlayıb. Həmin vaxt Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Həmdəmovdan başqa dəstənin digər üzvləri tutulub. N.Həmdəmov isə bir müddət sonra yaxalanıb. İllər sonra azadlığa çıxan həmin şəxs eyni yolla yenidən oğurluq əməli törətməyə çalışıb.lent.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar