Xəbər lenti
"Ən böyük arzum ad günümün birini Fərqanə şəhərində keçirməkdir" - Fərqanə Mehdiyeva
"Gəncliyimdəki ad günlərimi daha çox sevirəm."
Bu gün şair Fərqanə Mehdiyevanın doğum günüdür. Biz də Manevr.az olaraq həlim xarakterli, kövrək duyuğlu şairimizə xoş günlər diləyir, əməkdaşımızın onunla apardığı qaçaraq söhbəti təqdim edirik. Bu günun onun üçün özəlliyini, fərqliliyini və maraqlı hadisələrin olduğunu soruşanda müsahibimiz bizə belə cavab verdi: "Təbrik üçün çox sağlun. Bu gün başqa günlərdən mənim üçün fərqlidir ona görə ki, ən sevdiyim şairlərdən biri Əliağa Kürçaylı ilə eyni gündə dünyaya gəlmişəm. Bu gün digər günlərdən fərqli olaraq çox kövrək oluram. Mən dünyaya göz açanda atam da sağ idi, anam da. Amma indi onlarsız qeyd edirəm. Gəlişimə qurban kəsən atam yanımda yoxdu. Gəncliyimdəki ad günlərimi (atalı-analı ad günlərimi) daha çox sevirəm. Ad günü ona görə fərqli gündür ki, həmin gün insan daha çox diqqətdə olur. Bu gün üçün mənə yüzlərlə təbriklər gəlir. Mətbuat da bu gündə məni diqqətdən kənarda saxlamır. Müsahibələrim yayımlanıb. Ad günləri hamısı yaddaqalan olur. Ancaq ad günümdə (məhz həmin gün) böyük bir uğrum olmayıb ki, deyim ki, həmin ad günüm digərlərindən seçilir. Gəncliyimdə (onda tələbə idim) qatara minib Ağdama gedirdim. Ad günlərimin birində yenə Bakı- Ağdam qatarı ilə Qarabağa getməyimi arzulayıram. (kövrəlir). Özbəkstanda bir Fərqanə şəhəri var. Orda bir Fərqanə vadisi var (adımın mənası odur). Həmin vadinin hər tərəfi bağlıdır. Bircə tərəfdən ora yol var. Mənim də həyatım o vadiyə bənzəyir… Ən böyük arzum ad günümün birini həmin Fərqanə şəhərində keçirməkdir."
Əntiqə Səməndər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar