Xəbər lenti
'İlham Əliyev hər şeyi düzgün edir' -Jirinovski
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski “Moskva-Baku” portalına müsahibə verib. APA müsahibəni təqdim edir.
- Azərbaycanda Konstitusiyaya edilən dəyişikliklərlə bağlı keçirilən referendumun yekununu necə qiymətləndirirsiniz?
- Referendum vətəndaşların azad iradəsini göstərməsinin ali formasıdır. Çox yaxşıdır ki, Azərbaycan ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı məsələnin həlli üçün belə demokratik formaya müraciət edib. Bu, o deməkdir ki, dövlət xalqın rəyi ilə hesablaşır. Konstitusiyaya dəyişiklik edilməsi bütün dünyada təcrübə olunur və ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Əminik ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanda siyasi həyatı yaxşılaşdıracaq, etibarlı və təhlükəsiz edəcək.
Prezident səlahiyyətlərinin 5 ildən 7 ilə qaldırılması təklifini faydalı hesab edirəm. Bu, müddət müxtəlif Avropa ölkələrində təcrübədən keçirilib, xüsusilə də Fransada. Vitse-prezidentlər vəzifəsinin təklif olunmasını da vacib sayıram. Birincisi, vitse-prezident prezidentin yükünün bir hissəsini öz üzərinə götürə bilər. İkincisi, böhranlı vəziyyətdə vitse-prezident prezidenti əvəz edə bilər - əgər dövlət başçısı hansısa səbəbdən öz səlahiyyətlərini icra edə bilməsə.
Fikrimcə, deputatlığa namizədlər üçün yaş həddinin 25-dən 18-ə endirilməsi də, eləcə də prezidentliyə namizədlər üçün yaş həddinin ləğv edilməsi də düzgün qərardır. Çünki bu gün gənclər çox inkişaf edib. Rusiya Liberal Demokrat Partiyası da Rusiyada vətəndaşların səsvermə hüququnun 16 yaşa endirilməsinin tərəfdarıdır. Bu gün gənc nəsil ölkədə və dünyada baş verən bütün prosesləri gözəl anlayır. Gənc nəslə vətəndaşlıq borcunu yerinə yetirməyə və ölkənin taleyini müəyyən etməyə imkan verilməlidir.
Azərbaycan prezidentinin ölkə Konstitusiyasına dəyişikliklər və əlavələrlə bağlı təkliflərini düzgün və rasional hesab edirəm. Referendumun da nəticəsinin göstərdiyi kimi, Azərbaycan vətəndaşlarının əksəriyyəti bu dəyişiklikləri dəstəklədi. Bu, ölkədə aparılan siyasətə inamın olduğunu göstərir.
Mənə İlham Əliyevlə dəfələrlə görüşmək qismət olub. O, zamanla ayaqlaşan, mövcud çağırışları anlayan prezidentdir. Əminəm ki, Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanın rifahına xidmət edəcək, respublikada hər zaman sabitlik qorunub saxlanılacaq, hakimiyyət demokratik prinsiplərdən yana olacaq və ölkə çiçəklənəcək.
- Konstitusiya dəyişiklikləri ilə bağlı təkliflərə Venesiya Komissiyasının mənfi rəyi barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyim kimi, Konstitusiyaya bu cür dəyişikliklər artıq dünyanın müxtəlif ölkələrində tətbiq olunub. Venesiya Komissiyası tərəfindən Azərbaycana olan etiraz aydın deyil. Bu komissiya bütün ölkələrdə zəif hakimiyyətlərin olmasını istəyən Avropa Birliyi, NATO və yekunda ABŞ-ın məqsədlərini həyata keçirməyə çalışır. Onlar istəyir ki, ölkələrdə rəngli inqilablar təşkil etmək mümkün olsun, hakimiyyətə radikal qüvvələr gəlsin. Belə cəhdləri biz, Yaxın Şərqdə və Orta Asiyada müşahidə etmişik. Belə komissiyaların tövsiyələri onların nəzarəti altında olan Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələri kimi, nadir hallarda dünya ölkələrinə rifah gətirir. Ona görə də, əminliklə demək olar ki, Azərbaycan və onun lideri hər şeyi düzgün edir. Referendumda Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanın sabitliyinə, ölkədə sakit həyatın olmasına, Suriya, İraq və Ukrayna ssenarilərinin həyata keçirilə bilməməsinə istiqamətlənib. Belə ssenarilərin həyata keçirilməsi, gördüyümüz kimi, çoxsaylı itkilərə, iqtisadiyyatın çökməsinə, dövlətin zəifləməsinə gətirib çıxarır. Azərbaycanda belə olmayacaq. O ki qaldı kiminsə nəyisə bəyənməməsinə, hər zaman belə olur. Nə zaman ki, hakimiyyət öz ölkəsinin möhkəmlənməsinə səy göstərir, bu, bəyənilmir. Ona görə də, belə rəylərə fikir verməyə dəyməz.
- Azərbaycan-Rusiya münasibətlərinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Rusiya və Azərbaycan qonşudur. İki ölkə arasında münasibətlər tədricən inkişaf edir. Bu münasibətlər qarşılıqlı faydalıdır və bizim aramızda heç bir anlaşılmazlıq yoxdur. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında turizmi inkişaf etdirmək olar. Azərbaycan rusiyalı turistləri ölkəsinə cəlb etməlidir, onlar üçün turizm marşrutları açmalıdır, xüsusilə də ölkənin cənub rayonlarını, Lənkəran, Astaranı, harada ki, sitrus meyvələri, feyxoa yetişir, bu şəhərləri vacib turizm obyektlərinə çevrilməlidir. Eləcə də, hesab edirəm ki, azərbaycanlı turistlər də öz növbəsində Rusiyaya gəlməlidirlər. Alimlərimizin, idmançılarımızın və tələbələrimizin qarşılıqlı fəaliyyətinə icazə verən Azərbaycan-Rusiya tədbirlərinin sayını artırmaq lazımdır. Bu gün Azərbaycanda rus dili üçün münbit şərait qorunub saxlanılıb. Ölkədə çoxlu sayda ruslar yaşayır. İki ölkə nümayəndələrinin, sadə insanların qarşılıqlı müntəzəm səfərləri ancaq münasibətlərimizi yaxşılaşdırar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar