Xəbər lenti
Günay Musayeva :"Sünnət olunan bir çox tanınmış xanım var"
“O qadınlar mənim qədər cəsarətli deyillər”
Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva Bakıda keçirilən moda gecəsinə qatılıb.
Günay Musayeva Bakıya gəlişinin səbəbini açıqlayıb: “Bakıya ailəmi ziyarət etməyə gəlişəm. Oğlum Cihangir Can da buradadır. Bir neçə gün yaxınlarımı ziyarət etdim, Bakını gəzdim. Miri Yusifin konsertini izlədim. Sonuncu günümü də moda nümayişinə həsr etdim. Axşam Türkiyəyə, oradan da Beyruta əməliyyat üçün gedəcəyəm.
- Əməliyyat nə ilə bağlıdır?
- Beyrutda tanınmış, çox savadlı həkimlər var. Əməliyyat çətin deyil. İnsanlar düşünürlər ki, ancaq kişilər sünnət olur. Amma elə deyil. İslam ölkələrində geniş yayılmış əməliyyatdır. Mən də sünnət olunmaq qərarına gəldim. Detalları tam açıqlamaq istəmirəm. Sünnət olunan bir çox tanınmış xanım var. Sadəcə onlar cəsarətli deyillər, bunu açıqlamırlar. Əməliyyat etdirəndən sonra Türkiyəyə qayıdıb, işlərimi görəcəyəm.
- Yeni mövsümdə yeni layihələr olacaqmı?
- Hər zamankı kimi dəfələrlə podiuma çıxacağam. “Show” televiziyasında yayımlanan serialda rol alacağam. Mafioz qadını canlandıracağam. “Beyaz qərənfil” serialında da mafiya ilə əlaqəli qadını oynayırdım. Yəni obraz mənə yad deyil. Baxımlı serial olacağını düşünürəm. Sürprizlərim də var, tam bəlli olmasını gözləyirəm.
- Şəxsi həyatınız Türkiyə mətbuatında tez-tez gündəmə gətirilir. Sonuncu dəfə isə iş adamı Öncü Sönməzlə sevgili olduğunuz yazılmışdı...
- Həyatımda heç kim yoxdur. Daha öncə də söyləmişdim ki, tək sevgilim oğlumdur. Adımı tez-tez kiminlə isə yanaşı çəkirlər. Mənimlə münasibət qurmaq, evlənmək istəyən məşhur simalar var. Mən hələ ki, evlənməyi düşünmürəm. Şəxsi həyatını mətbuatdan gizlədən biri də deyiləm. Sevgilim olan kimi açıqlayacağam.
- Son olaraq keçmiş həyat yoldaşınız barədə soruşmaq istəyirəm. Tolqa Kareldən aliment tələbi ilə məhkəməyə müraciət etdiyinizi açıqlamışdınız. Məhkəmənin nəticəsi necə oldu?
- Məhkəməyə müraciət etmək fikrim var idi, amma vaz keçdim. O, övladı ilə maraqlanmır. İstəsəydi, aliment ödəyərdi. Ödəmir. Mən də tələb etmirəm. Bacardığım qədər övladımı yaxşı yaşadıram. Mən Cihangir üçün yaşayıram.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar