Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər tutulub -FOTO

Tarix: 01-08-2016 00:21     Baxış: 21 253 A- / A+
Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər tutulub



Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Mingəçevir şəhər və Balakən rayon sakinlərini həbs edib.


Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliiyat-axtarış tədbiri keçirib.

RPŞ-yə daxil olmuş məlumat əsasında Mingəçevir şəhər sakini Kərim Nadir oğlu Nəcəfov idarəetdiyi “Mersedes Bens E 280” markalı, 99 DV 016 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib. Hal şahidlərinin iştirakı ilə Kərim Nəcəfovun avtomobilinə baxış keçirən zaman avtomobilin qabaq kapotunun iç örtüyünün altında gizlədilmiş politelin torbanın içərisində 21 ədəd kibrit qutusunda narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Aparılmış istintaq tədbirləri nəticəsində məlum olub ki, Kərim Nəcəfov tanışı olan Balakən rayon sakini Elnur Hidayət oğlu Məmmədovla Zaqatala rayonunun Mazıx kəndi ərazisində görüşərək ondan 21 ədəd kibrit qutusunda qablaşdırılmış narkotik vasitəni 650 manata alıb. Keçirilmiş tədbir nəticəsində Elnur Məmmədov da tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.apa.

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər tutulub
Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər tutulub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar