Xəbər lenti 
					
 
		“Mingəçevir Dövlət Universitetinin hicaba qadağa qoyması doğru deyil" -Millət vəkili

“Mingəçevir Dövlət Universitetinin hicaba qadağa qoyması doğru deyil”.
Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Mingəçevir Dövlət Universitetində hicablı tələbələrin auditoriyalara daxil olmasına qoyulmuş yasaqla bağlı sualı şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu qərar Azərbaycan Konstitusiyası ilə uzlaşmır: “Ölkə Konstitusiyasında vətəndaşlarımızın hüquq və azadlıqları ilə bağlı bütün məsələlər tam əksini tapıb. Azərbaycan müasir, demokratik və tolerant bir dövlətdir. İnsanlar inanclarında, düşüncələrində və geyim seçməkdə tam sərbəstdirlər. Doğrudur, Mingəçevir Dövlət Universiteti zəngin ənənələri olan böyük elm mərkəzidir. Amma bu belə təhsil müəssisəsinə vətəndaş haqları ilə uyğun gəlməyən qərarlar verməyə haqq vermir. Onların geyim məsələsində ortaya qoyduğu niyyət yalnız tövsiyə xarakteri daşıya bilər. Bu baxımdan gəncləri haqlı hesab edir və tələbələrin tərəfində olduğumuzu bildiririk”."report"
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















