Sizin Reklam Burada
Xəbər lenti
06-09-2026
05-09-2026
BÜTÜN XƏBƏRLƏR

II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi - FOTO

Tarix: 07-09-2026 10:10     Baxış: 421 A- / A+

II Dünya müharibəsinin qağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli “Vətən müharibəsi” ordenli Rəşid Qasımov vəfat edib.Manevr.az xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb.

R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub.

18 yaşında II Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.

Müharibədən qayıdandan sonra Füzuli rayonunda aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb.

R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır.


II Dünya müharibəsinin qağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar