Xəbər lenti
"Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi

"Qeyrət” Xalq Hərəkatının təsisçilərindən biri, ictimai xadim və ziyalı Seyid Əlibala Əsgərov vəfat edib.
Manevr.az aktual.ge-yə istinadən xəbər verir ki, Əlibala Əsgərov avqustun 9-da axşam saatlarında həyata gözlərini yumub.
1956-cı il təvəllüdlü Əlibala Əsgərovun uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkdiyi ictimaiyyətə məlum idi.
Əlibala Əsgərovun dəfn mərasimi avqustun 11-də doğulduğu Marneuli bələdiyyəsinin Dəmiyə-Qorarxı kəndində keçiriləcək.
Əlibala Əsgərov uzun illər Gürcüstanda yaşayan azərbaycanlıların ictimai həyatında fəal iştirak edən tanınmış ictimai xadimlərdən biri olub. O, "Qeyrət” Xalq Hərəkatının sədri kimi fəaliyyət göstərib.
İctimai fəaliyyəti dövründə Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edib.
Əlibala Əsgərov həmçinin milli-mədəni dəyərlərin qorunması və Gürcüstanda yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyəti ilə yadda qalıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































