Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Özüm Özbək oğlu, türk oğlu türkəm, amma duyğularım Qarabağlıdır" - Cahangir Namazovun şeiri

Tarix: 31-03-2026 09:43     Baxış: 2307 A- / A+
               Cahangir NAMAZOV,
                Özbəkistan 



AZƏRBAYCANA

Bu qədər ürəkdən sevmək olarmı,
Üzünü görmədən bir başqa yeri.
Adı çəkiləndə ruhum sevinir,
Odur ürəyimin xoşbəxtlik sirri.

Xəyalım dolaşır küçələrində,
Qayalar dil açır Qobustandakı…
Alov qüllələri boylanır, baxır,
Salam söyləyirəm, eşidir Bakı!

Dənizin nəfəsi, küləyin səsi
Hicran yanğısıtək toxtamaz bir an…
Laylası məst edər gözəlliyilə
Qoynuna çağırar əziz Abşeron.

Sən məğrur, əbədi, qədim tarixsən,
Müdrik gələcəkdən xəbərdar, agah…
Qədim qalaların, gözəl bağların,
Köksündə cəmlənib Gəncə və Qazax.

O çay kollarının ətrin duyuram,
Yaşıl yarpaqlayır duyğular hər an.
Astara səsləyir: gəl, qardaş, deyə,
Limonlu çay süzür mənə Lənkəran.

Mingəçevir - səntək hey işıq saçır,
Çoşur ilhamım da səndən başlayır.
Mənə çox doğmasan, elə əzizsən,
Çünki gül qoynunda dostum yaşayır!

Dünya dərdlərindən yorulur könül,
Rahatlıq və hüzur axtarır bu can.
“Şükr elə” deyərək səccadə sərib,
Əlimə bir  təsbeh verir Naxçıvan.

Qırmızı almalar, yaşıl almalar,
Quba tərəflərdə gözüm qalıbdır.
Xaçmazın o geniş, xoş yaylaqları
Ürəyimə vətən eşqi salıbdır.

Şoran olsa belə, bərəkəti bol,
Nə qədər təmizdir, xoşdur həyatı.
Döyünən qəlbidir hər sətirimin
Şirvan və Salyanın şərəfli adı.

Sarsıtdı, çox yordu nisgil, iztirab,
Şəkillərdən sənə həsrət baxıram.
Səni hiss edərək qucaqlayıram,
Səninlə göylərə uçuram, Aran.

Azərbaycan,  böyük sevgimsən mənim,
Kədərim, sevincim — sənə bağlıdır.
Özüm Özbək oğlu, türk oğlu türkəm,
Amma duyğularım Qarabağlıdır.

Ey mənim görmədən sevdiyim diyar,
İstəyim də sənsən, arzum da sənsən.
Hüsnünə dastanlar söyləsəm yetməz,
Sözüm aciz qalır, can Azərbaycan!


Azərbaycan dilinə uyğunlaşdıran: Aysel XANLARQIZI

Azərbaycan/Göygöl





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar