Sizin Reklam Burada
Xəbər lenti
03-06-2026
02-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən yox, restorandan qaçıb" - AÇIQLAMA

Tarix: 09-01-2026 12:07     Baxış: 4447 A- / A+

Dünən axşam Qurtuluş Reabilitasiya Mərkəzindən qaçdığı deyilən jurnalist Nəsimi Nəbizadəni hələ də Mərkəzə gətirə bilməyiblər.
Manevr.az xəbər verir ki, bu barədə pravda.az-a açıqlama verən Mərkəzin rəhbəri Ceyhun Salmanov deyib ki, hər bir pasiyenti üç ay sonra bir neçə nəfərin nəzarəti altında çölə çıxarılır.
"Nəsimi Nəbizadənin yaşını, təcrübəsini, alicənablığını nəzərə alaraq etibar etdik. Toplu şəkildə dəfələrlə gəzintilərdə olmuşuq, Qarabağa da getmişdik. Xalq onu tanıyır. Böyük bir məsuliyyətin altına girdik. Hamı onun sağalmasını istəyirdi. Darıxdı, gəzmək istədi, mən də tək özümlə apardım. Nizami küçəsində təşkil olunmuş "Soyuq əllər, isti ürəklər" yarmarkasına getdik, kumbir yedik, tir də atdıq. Əylənməsini istədim. Sonra restoranda əyləşdik, çay içmək istəyirdik, sifariş etdik, mən "WC"yə gedib qayıdanda gördüm ki, Nəsimi müəllim yoxdur. Yəni reabilitasiya mərkəzindən qaçmayıb, restorandan qaçıb. Beş ay Nəsimi müəllim gözlədi. Evindən bizə səslənmədi. Pəncərənin açıldığını gördüm. Sonra qonşuları gecə saat 04:00-də zəng etdilər ki, biz onunla danışdıq. Onunla beş-on dəqiqə söhbət etsək, yenə sağlam düşüncəyə gətirə bilərik. Guya reklam, şou olunduğuna bezib qaçdığını deyirlər. Əksinə, ümumi Mərkəzin daxilində sıxılırdı, deyirdi ki, gəzmək istəyirəm. Çox ehtimal ki, hələ narkotik istifadə etməyib. Amma İdarə Heyətində fikir ayrılığı da var ki, artıq istifadə edib. Təcrübəli şəxslər onun davranışına əsasən belə diaqnoz verirlər. Jurnalist Ceyhun Əsgərovla bağlı isə hər şey yaxşıdır. İnanırıq ki, onunla bağlı problem çıxmaz", - o bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar