Xəbər lenti
Kəlbəcərli şair ata ocağında şəxsi kitabxanasını bərpa etdi - ŞƏKİL / VİDEO
Şair Namiq Dəlidağlı doğulduğu kənddə, doğma ata ocağında şəxsi kitabxanasını bərpa etdi. Bu barədə şair özünün "facebook" hesabında məlumat verib:
"Bəşəri dəyərlərdən xəbərsiz olan erməni toplumu - yağı düşmən tərəfindən işğal dövründə tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, məbədlərimiz dağıdılıb, ictimai və şəxsi kitabxanalarımız yandırılıb, məhv edilib.
Kəlbəcərə budəfəki səfərimdə yükümü kitabdan tutdum. Rastlaşdığım insanlara həm özümün, həm də digər müəlliflərin xeyli sayda kitabını hədiyyə etdim. Eləcə də doğulduğum evin dağıdılan divarları arasında rəmzi olaraq öz şəxsi kitabxanamı bərpa etdim. İşğaldan öncə şəxsi kitabxanamda çox qiymətli kitablar var idi. İdi həmin kitabların biri də qalmayıb, düşmən yandırıb, necə deyərlər, külünü göyə sovurub. Ruhumuzu qidalandıran kitablarla mənəvi dünyamızı zənginləşdirmək üçün tezliklə azad olunan yurd yerlərimizdə kitabxanalarımızı bərpa etməliyik", deyə o vurğulayıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar