Sizin Reklam Burada
Xəbər lenti
28-10-2026
27-10-2026
BÜTÜN XƏBƏRLƏR

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib

Tarix: 28-10-2026 18:37     Baxış: 473 A- / A+


İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.
Manevr.az xəbər verir ki, dəyişikliyə əsasən, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fondla qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olan şəxslər əsas borcalan qismində ipoteka kreditindən faydalana bilməyəcəklər.
Dəyişiklik ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın yararlanması, prosesin şəffaflığının artırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı “SİMA İmza”nın üztanıma texnologiyası tətbiq ediləcək. Vətəndaşlar müraciətlərini rəqəmsal imzanın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyə biləcəklər.
Fondun məlumatına görə, bu yenilik müraciətlər zamanı sui-istifadə hallarının, prosesə kənar müdaxilənin və xüsusi proqram təminatlarından istifadənin qarşısının alınmasına imkan verəcək. Müraciətlə bağlı təlimat “MyGov” portalının müvafiq bölməsində yerləşdirilib.
Qeyd edək ki, indiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 4 milyard 185 milyon manat məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Kreditlərdən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
Dəyişikliklərlə bağlı əlavə sualı olan vətəndaşlar Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar