Sizin Reklam Burada
Xəbər lenti
01-10-2026
BÜTÜN XƏBƏRLƏR

“Azərsun Holdinq” ADEX 2026 sərgisində iştirak edir

Tarix: 02-10-2026 11:30     Baxış: 334 A- / A+
“Azərsun Holdinq” ADEX 2026 sərgisində iştirak edir
BAKI, 2 oktyabr. TELEQRAF
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir.
“Azərsun Holdinq” sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi “Əsgər payı” adlı qida məhsullarını təqdim edir.
Azərbaycanın qida sənayesində aparıcı şirkətlərindən biri olan “Azərsun Holdinq” tərəfindən istehsal olunan “Əsgər payı” məhsulları hərbi qulluqçuların qida təminatının yerli istehsal hesabına dəstəklənməsinə yönəlib. Məhsulların hazırlanması zamanı onların qida dəyəri, istifadəsinin rahatlığı, daşınması və saxlanması kimi amillər nəzərə alınıb.
Sərgi çərçivəsində “Azərsun Holdinq”in stendini ziyarət edən iştirakçılar “Əsgər payı” məhsulları ilə yaxından tanış olmaq, onların çeşidi və istehsal prosesi barədə məlumat əldə etmək imkanı qazanırlar.
ADEX 2026 sərgisi müdafiə sənayesi sahəsində innovativ həllərin, müasir texnologiyaların və yerli istehsal imkanlarının nümayiş etdirilməsi baxımından mühüm platforma olmaqla yanaşı, müxtəlif qurumlar və şirkətlər arasında əməkdaşlığın inkişafına da imkan yaradır.
“Azərsun Holdinq”in sərgidə iştirakı şirkətin yerli istehsal imkanlarının və Azərbaycan Ordusunun təminatına yönəlmiş məhsullarının təqdim edilməsi baxımından əhəmiyyət daşıyır.

Manevr.az
Medial
Medial
Medial
Medial
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar