Xəbər lenti
Rusiyaya pul göndərənlərin NƏZƏRİNƏ: AMB-dən mühüm açıqlama
Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin dayandırılması ilə bağlı qərarlar banklar və ödəniş sistemləri arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir və Azərbaycan Mərkəzi Bankı (AMB) bu münasibətlərə müdaxilə etmir.Bu barədə Mərkəzi Bankdan bildirilib.
"Banklarla onların tərəfdaşları arasında münasibətlərə dair qərarlar yerli qanunvericiliyin tələbləri və müxtəlif risk faktorları nəzərə alınmaqla banklar tərəfindən müstəqil surətdə qəbul edilir", - deyə AMB-dən qeyd olunub.
Mərkəzi Bank, həmçinin məsələ ilə bağlı aidiyyəti üzrə ödəniş sisteminin fəaliyyətini təmin edən təşkilata və ya həmin ödəniş sistemi ilə işgüzar münasibətləri olmuş banklara müraciət edilməsini tövsiyə edib.
Qeyd edək ki, son günlər mediada Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırıldığı barədə məlumatlar yayılıb. Bir sıra banklar xidmətin texniki səbəblərdən əlçatan olmadığını bildiriblər.
Məlumatlarda qeyd olunub ki, bu məhdudiyyət Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketindən sonra tətbiq edilib. Həmin sanksiyalar çərçivəsində "Zolotaya Korona" ödəniş sisteminin operatoru olan Rusiyanın "Platyojnıy Sentr" ("Платежный центр") qeyri-bank kredit təşkilatı da sanksiya siyahısına daxil edilib. trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































