Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?

Tarix: 05-08-2026 14:47     Baxış: 335 A- / A+
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı il üçün Dünya İqtisadi Perspektivləri ilə bağlı məlumatlarda dünyada ən yüksək dövlət borcuna malik ölkələrin adlarını açıqlayıb.
Manevr.az xəbər verir ki, qlobal iqtisadiyyatda dövlət xərclərinin artması, yüksək faiz dərəcələri və büdcə kəsirləri bir çox ölkələrin borc yükünün tarixi səviyyələrə çatmasına səbəb olub.
Siyahının başında duran ABŞ yeni rekorda imza atıb. Ölkənin ümumi dövlət borcu ilk dəfə olaraq bu limiti aşaraq indiyə qədər ən yüksək səviyyəyə çatıb. 
İndi 2026-cı il üçün Dünya İqtisadi Perspektivləri ilə bağlı məlumatlarda dünyada ən yüksək dövlət borcuna malik ölkələrin siyahısını, o cümlədən Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstanın da borclarını təqdim edirik:
1.ABŞ - 40,7 trilyon dollar,
2.Çin - 22,3 trilyon dollar
3.Yaponiya - 9 trilyon dollar
4.Böyük Britaniya - 4,4 trilyon dollar
5.Fransa - 4,3 trilyon dollar
6.İtaliya - 3,8 trilyon dollar
7.Almaniya - 3,5 trilyon dollar
8.Hindostan - 3,5trilyon dollar
9.Kanada - 2,8 trilyon dollar
10.Brazilya - 2,5 trilyon dollar
11.İspaniya - 2,1trilyon dollar
12.Meksika -1,3 trilyon dollar
13.Sinqapur -1,1 trilyon dollar
14.Avstraliya -1,1 trilyon dollar
15.Cənubi Koreya -1,1 trilyon dollar
16.Belçika - 848 milyon dollar
21.Rusiya - 504 milyard dollar
22.İsrail - 502 milyard dollar
24.Səudiyyə Ərəbistanı - 446 milyard dollar
27.Türkiyə - 418 milyard dollar
Qeyd edək ki, Azərbaycan BVF-nin siyahıda ən aşağı borcu olan ölkələr sırasında yer alıb. Azərbaycanın ümumi dövlət borcu təxminən 24,5 milyard manatdır. Bu da ÜDM nisbəti təxminən 18,7%-dən 20,7%-ə qədər təhlükəsiz səviyyədə qalacağı proqnozlaşdırılır. 
Azərbaycanın xarici dövlət borcu 2026-cı il iyulun 1 tarixinə 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Bu məbləğ ölkənin proqnozlaşdırılan ÜDM-inin təqribən 6 faizinə bərabərdir və ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 4,1 faiz azalıb
Beynəlxalq Valyuta Fondunun International Monetary Fund qiymətləndirmələrinə görə, Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbəti təhlükəsiz və aşağı səviyyədə qalmağa davam edir.
Bununla da Azərbaycan nəinki Ermənistan və Gürcüstandan, eyni zamnda qonşu Türkiyə, Rusiya, İran və digər ölkələrdən də daha yaxşı göstərici hesab olunur.
Məsələn Ermənistanda dövlət borcu 14, 5 milyard dollar təşçil edib və buda ÜDM-də nisbəti 50,5 % civarındadır. Bununla da Ermənistan Cənubi Qafqazda ən yüksək borc yükünə malik ölkədir.
Gürcüstanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 2026-cı ildə təxminən 35,1% olacağı proqnozlaşdırılır. Ölkənin dövlət borcu mütənasib olaraq azalıb və təhlükəsiz hədlərin altında qalmaqda davam edir. Xarici dövlət borcu təxminən 9,12 milyard dollar həcmindədir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar