Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Şərqi Zəngəzurda pilot istixana aqroparkı yaradılacaq

Tarix: 12-06-2026 13:17     Baxış: 3140 A- / A+

Şərqi Zəngəzurda pilot istixana aqroparkı yaradılacaq

2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində bitkiçilik sahəsində məhsuldarlığın artırılması, intensiv istehsalın genişləndirilməsi və müasir aqrar infrastrukturun formalaşdırılması nəzərdə tutulur.
Manevr.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən regional müşavirədə bildirib.Nazirin sözlərinə görə, Dövlət Proqramında strateji məhsullar üzrə məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması hədəflənib. Belə ki, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması nəzərdə tutulur.
Məcnun Məmmədov qeyd edib ki, proqram çərçivəsində buğda istehsalının təxminən 20 faiz artırılması, pambıq emalı məhsullarının istehsalının isə 4 dəfə genişləndirilməsi planlaşdırılır.
Nazir vurğulayıb ki, yüksək məhsuldarlığa malik intensiv və superintensiv bağların sahəsinin əlavə 20 min hektar artırılması da əsas prioritetlər sırasındadır.
“İstixana təsərrüfatlarının inkişafı da diqqət mərkəzindədir. Qarşıya qoyulan hədəflərə əsasən, ölkədə istixana sahələrinin 2030-cu ilədək 2 min hektara çatdırılması və Şərqi Zəngəzur iqtisadi rayonunda pilot istixana aqroparkının yaradılması nəzərdə tutulur”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlər daxili bazarın təminatının gücləndirilməsinə, ixrac potensialının artırılmasına və aqrar sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsinə xidmət edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar