Sizin Reklam Burada
Xəbər lenti
27-05-2026
22:47
 
26-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda benzin bahalaşa bilər

Tarix: 27-05-2026 20:20     Baxış: 335 A- / A+


Dünya bazarında enerji daşıyıcılarının qiymətində müşahidə olunan artım və region ölkələrində yanacağın bahalaşması Azərbaycanda da benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son aylarda beynəlxalq neft bazarındakı dalğalanmalar fonunda vətəndaşları maraqlandıran əsas sual isə budur: Azərbaycanda benzinin qiyməti yenidən artacaqmı?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında neft və enerji daşıyıcılarının bahalaşması, eləcə də region ölkələrində yanacaq qiymətlərinin artması Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı gözləntiləri gücləndirir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib:
“İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”.
“Ölkədə yanacaq qiymətləri tam bazar prinsipləri ilə deyil, dövlət tərəfindən tənzimləndiyi üçün dünya bazarındakı dəyişikliklər daxili bazara birbaşa və dərhal təsir göstərmir.
Yaxın dövrdə kəskin qiymət artımı ehtimalı yüksək görünmür. Bunun əsas səbəblərindən biri Azərbaycanda Aİ-92 benzini və dizel yanacağının böyük hissəsinin yerli istehsal hesabına təmin olunmasıdır. Son aylarda benzin istehsalının artması da daxili bazarda müəyyən sabitlik formalaşdırır.
Bununla belə, son illərdə Azərbaycanda yanacaq qiymətlərinə bir neçə dəfə düzəliş edilməsi göstərir ki, hökumət zəruri hesab etdiyi halda mərhələli qiymət artımına gedə bilər”, - o vurğulayıb.
Ekspertin fikrincə, logistika xərclərinin yüksəlməsi, neft emalı və modernləşmə xərcləri, eləcə də büdcə və vergi siyasəti gələcəkdə qiymət artımını şərtləndirən əsas amillər sırasındadır.
Akif Nəsirli əlavə edib ki, mövcud şəraitdə Azərbaycanda benzinin yenidən bahalaşması tam istisna olunmur. Lakin yaxın aylarda bunun kəskin şəkildə baş verməsi ehtimalı yüksək qiymətləndirilmir. Daha real ssenari kimi isə mərhələli və məhdud qiymət artımı göstərilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar