Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan kartofu rusiyalı fermerləri müflis etdi

Tarix: 07-05-2026 09:45     Baxış: 4123 A- / A+


 

Rusiyanın Novqorod və Vladimir vilayətlərinin fermerləri iri ticarət şəbəkələri tərəfindən yerli kartof və tərəvəz alışının kəskin azalmasından şikayət edirlər.

Manevr.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumat "İzvestiya" qəzetində dərc olunub.

Fermerlər bildirirlər ki, mart-aprel aylarından etibarən "X5", "Maqnit" və "Lenta" kimi nəhəng marketlər şəbəkəsi Rusiya kartofunun alışını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Pərakəndə satış mərkəzləri bunun əvəzinə Azərbaycan, Misir və Çindən gətirilən idxal məhsullarına üstünlük verirlər.

Pərakəndə satıcılar erkən idxal məhsullarına maraq göstərməsi yerli rus məhsullarının böyük həcmdə məhv edilməsinə səbəb ola bilər.

Novqorodun "Veçe" aqrar birliyinin müraciətində deyilir: "Fermerlərin öz məhsullarını tam sata bilməməsi və dövlət dəstəyinin olmaması onların yüksək borclanmasına, müflis olmasına, nəticədə isə ölkənin ərzaq təhlükəsizliyinin zəifləməsinə gətirib çıxarır".

Fermerlərin məlumatına görə, yerli kartofun qiyməti artıq 30-40% aşağı düşərək maya dəyərindən də ucuzlaşıb. Bununla belə, onlar qeyd edirlər ki, xaricdən gətirilən analoji məhsullar bazarda xeyli baha qiymətə təklif olunur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar