Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana pul köçürmələri 17% artıb

Tarix: 25-03-2026 17:37     Baxış: 384 A- / A+
Azərbaycana pul köçürmələri 17% artıb
2025-ci ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,390 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 647 min ABŞ dolları və ya 6,4% azdır.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Kanadanın payı 1,9% təşkil edib.
Həmçinin 2025-ci ildə Kanadadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,382 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 790 min ABŞ dolları və ya 17,2% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Kanadanın payı 0,5% təşkil edib.
2024-cü ildə Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,037 milyon ABŞ dolları, əks istiqamətdə isə 4,592 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar