Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu

Tarix: 10-03-2026 20:16     Baxış: 359 A- / A+



Rusiyalı milyarderlər "Forbes"un qlobal reytinqində yeni tarixi rekordlara imza atıblar.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqdə təmsil olunan rusiyalı milyarderlərin sayı ötən illə müqayisədə 9 nəfər artaraq 155-ə yüksəlib.
Məlumata görə, onların ümumi kapitalı rekord həddə - 696,5 milyard dollara çatıb.
Siyahıya əsasən, Rusiyanın ən zəngin şəxslərinin ilk üçlüyü aşağıdakı kimidir:
Aleksey Mordaşov ("Severstal"): Sərvəti 37 milyard dollara yüksələrək ölkənin ən varlı iş adamı olub;
Vladimir Potanin ("Norilsk Nikel"): 29,7 milyard dollarla ikinci yerdə qərarlaşıb;
Vahid Ələkbərov ("Lukoil"): Əslən azərbaycanlı olan milyarder 29,5 milyard dollarla ilk üçlüyü tamamlayıb.
Nəşrin məlumatına görə, dolların zəifləməsi və rublun son bir ildə 16% möhkəmlənməsi milyarderlərin xeyrinə işləyərək onların sərvətinin dollar ekvivalentində artmasına birbaşa təsir göstərib.
Qeyd edək ki, qlobal miqyasda amerikalı sahibkar İlon Mask dünya rekordu qırıb. Onun xalis sərvəti 852 milyard dolları keçərək tarixin ən yüksək göstəricisi kimi qeydə alınıb. Bu artım Maskın "SpaceX" və "xAI" şirkətlərinin birləşməsindən sonra biznes imperiyasının dəyərinin 1,25 trilyon dollara çatması ilə əsaslandırılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar