Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

"Kapital Bank"la bağlı rəy verildi

Tarix: 14-02-2026 13:20     Baxış: 364 A- / A+
"Kapital Bank"la bağlı RƏY VERİLDİ

"S&P Global Ratings" "Kapital Bank"ın kredit reytinqini təsdiqləyib və bank üzrə proqnozu “müsbət” səviyyədə saxlayıb.

Manevr.az xəbər verir ki, agentlik Kapital Bankın uzun və qısamüddətli emitent kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiqləyib və proqnozun “müsbət” olduğunu bildirib.

S&P qeyd edib ki, Azərbaycanın ən iri üç bankından biri olan Kapital Bank Birbank brendi altında maliyyə və qeyri-maliyyə xidmətlərini birləşdirən rəqəmsal ekosistemi genişləndirməklə pərakəndə bazarda mövqelərini daha da möhkəmləndirir. Agentliyin qiymətləndirməsinə görə, bu yanaşma xüsusilə əməkhaqqı layihələri və pensiya ödənişləri ilə bağlı qanunvericilikdəki son dəyişikliklər fonunda müştəri loyallığını artırır.

S&P əlavə edib ki, bankın kredit portfeli 2025-ci ildə gözləniləndən daha zəif artıb və ümumi kredit portfeli təxminən 4% genişlənib. Bu dinamika isə Kapital Bankın kapitallaşma səviyyəsinin yüksəlməsinə şərait yaradıb.

Agentlik bankın riskə uyğunlaşdırılmış kapital göstəricisinin (RAC) 2026–2027-ci illərdə təxminən 5,75–6,25% diapazonunda olacağını proqnozlaşdırır.

S&P-nin bildirdiyinə görə, növbəti 12–18 ay ərzində Kapital Bankın rəqəmsal təşəbbüsləri bankın maliyyə pərakəndə bazarında lider mövqeyini daha da gücləndirə və iqtisadi risklərin azalması fonunda reytinq üzrə əlavə müsbət potensial yarada bilər.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar