Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

Onlar Bakıya buraxılmayacaq – Qərar

Tarix: 30-01-2026 19:54     Baxış: 330 A- / A+

Baki giris

Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində icazə veriləcək.

Bir qrup sürücü bununla bağlı onlara bildirişlər göndərildiyini deyiblər.

Onlar söyləyib ki, bildirişdə sürücülərə müvafiq qanunvericiliyin tələbləri xatırladılıb. Məhz bu qanunun tələblərindən irəli gələrək qeyd edilib ki, Sumqayıt və ya Bakı ərazisində sifarişləri yalnız bu şəhərdə qüvvədə olan buraxılış kartı ilə yerinə yetirmək mümkündür.

Beləliklə, Sumqayıt üçün buraxılış kartı olmayan maşınlar üçün bu şəhərdə, Bakı üçün buraxılış kartı olmayan maşınlar üçün isə paytaxtda sifarişlər məhdudlaşdırılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğuya cavab olaraq bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.

Qeyd edilib ki, eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub.

Sürücülər taksi fəaliyyəti göstərmək istədikləri şəhər üzrə müvafiq buraxılış kartını əldə etmək üçün AYNA-ya müraciət edə bilərlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 ədəd müəyyən edilib. iqtisadiyyat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar