Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir? – AÇIQLAMA

Tarix: 28-01-2026 19:40     Baxış: 349 A- / A+
Azərbaycan Mərkəzi Bankı tərəfindən hər ay mütəmadi olaraq, müştərilər tərəfindən ən çox şikayət olunan bankların siyahısı dərc olunur. Sözügedən siyahıda şikayət indeksi ən yüksək olan 3 bank “qırmızı zolaq”da yer alır.

Bəs görəsən, şikayət indeksi yuxarı olan bankları qanunvericiliklə hansı cəza yaxud sanksiya gözləyir?

Mərkəzi Bankdan bildirilib ki, banklar tərəfindən istehlakçıların hüquqlarının pozulması halları müəyyən edildikdə, banka qarşı müvafiq nəzarət tədbirləri görülür:

“Mərkəzi Bankının mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir. Bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır. İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir. Mərkəzi Bankda maliyyə xidmətləri istehlakçılarının müraciətlərin araşdırılması zamanı banklar tərəfindən istehlakçıların hüquqlarının pozulması halları müəyyən edildikdə, banka qarşı müvafiq nəzarət tədbirləri tətbiq edilir”.

Həmçinin qeyd olunub ki, Mərkəzi Banka daxil olan şikayətlər əsasında indeksin açıqlanması banklar üçün şikayətlərin vaxtında və effektiv həll olunması istiqamətində təşviqedici rol oynamaqdadır:

“Bununla yanaşı, Mərkəzi Bank tərəfindən səyyar qəbulların təşkili, eləcə də maliyyə sektoru nümayəndələri ilə mütəmadi görüşlərin keçirilməsi yolu ilə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məsələlərinin daim diqqət mərkəzində saxlanılması bankların nəzərinə çatdırılır. Mərkəzi Banka daxil olan şikayətlər əsasında indeksin formalaşdırılmasını nəzərə alaraq, indeksin açıqlanması banklar üçün şikayətlərin vaxtında və effektiv həll olunması istiqamətində təşviqedici rol oynayır. Bununla da, sözügedən mexanizm maliyyə sektorunda müştəri məmnuniyyətinin yüksəldilməsinə və maliyyə xidmətlərinin keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına xidmət edir”.

Qeyd edək ki, ötən ilin dekabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan banklar sırasında 6,00 indeksi ilə “BTB” Bank birincidir. “Yelo Bank” 2,19 indeksi ilə siyahıda ikinci, “Bank of Baku” isə 1,63 indeksi ilə üçüncü olub.

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar