Xəbər lenti
Tonlarla dizeli mənimsəyən rəislə maşinist həbs edildi

Dəmir yollarında böyük həcmdə yanacaq mənimsəyən vəzifəli şəxslər həbs edilib.
Manevr.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və teplovoz maşinisti Famil Soltanov külli miqdarda dizel yanacağı və yağı mənimsəməkdə təqsirli biliniblər. Onlar qatarların faktiki hərəkət etmədiyi halda, sənədlərdə əlavə marşrutlar yerinə yetirildiyini göstərərək yanacağı kənar şəxslərə satıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, bu qanunsuz əməllər nəticəsində dövlətə ümumilikdə 107 min manat ziyan dəyib. Təqsirləndirilən şəxslər məhkəmə prosesi zamanı əməllərini etiraf ediblər. Xüsusilə rəis E. Sadıqov əlavə olaraq 70 ton dizel yanacağını da mənimsədiyini bildirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Sadıqov 6 il, Famil Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Dəymiş ziyanın qalan hissəsinin də dövlət büdcəsinə qaytarılması barədə qərar çıxarılıb.
Qeyd edək ki, hər iki şəxs məhkəmə zalındaca həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib. milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































