Sizin Reklam Burada
Xəbər lenti
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb

Tarix: 31-12-2025 19:17     Baxış: 325 A- / A+
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb
Bu ilin dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 451,1 milyon manat təşkil edib.
Manevr.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəlinə nisbətən 7,4 %, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 8,2 % çoxdur.
Kredit qoyuluşunun 22 milyard 050,3 milyon manatı və yaxud 70,1 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 8,6 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 635,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi dəyişməyərək 24,3 % səviyyəsində qalıb.
Dekabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 765,5 milyon manat olub. Bu, illik müqayisədə 3,9 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 %-dən 5,6 %-ə düşüb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar