Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan-Monteneqro iqtisadi münasibətləri müzakirə olundu

Tarix: 20-12-2025 20:37     Baxış: 350 A- / A+


Dekabrın 20-də maliyyə naziri, Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin dostluq, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb, bu əlaqələrin 2013-cü ildə Prezident İlham Əliyevin Monteneqroya rəsmi səfəri zamanı imzalanmış Dostluq və Tərəfdaşlıq haqqında Bəyannamə ilə möhkəm təməl üzərində qurulduğu qeyd edilib.
Sahil Babayev Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin inkişafında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın rolunu qeyd edərək, bu mexanizmin siyasi iradənin konkret iqtisadi nəticələrə çevrilməsində mühüm platforma olduğunu bildirib. Qeyd olunub ki, 2026-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan Birgə Komissiyanın növbəti iclasının gündəliyi ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığa dair geniş məsələləri əhatə edəcək.
Görüşdə ticarət və investisiya məsələləri də müzakirə olunub, Monteneqro şirkətləri Azərbaycanda sənaye zonaları və digər prioritet sahələrdə investisiya imkanlarından yararlanmağa dəvət olunub.
Öz növbəsində, Ervin İbrahimoviç Monteneqronun Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, siyasi dialoqun və yüksəksəviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin dərinləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensialın mövcud olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar